Tabloid.az
Mövsümün ilk premyerasına tələsin - FOTOLAR
Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabrın 11-12-də 87-ci teatr mövsümünün ilk premyerasını təqdim edəcək.
Teatrdan Publika.az-a verilən məlumata görə, mövsümün ilk yeni tamaşası rus xalq nağılı əsasında səhnələşdirilmiş “Qoğalın sərgüzəştləri” adlı nağıl-müzikldır. Tamaşanın səhnə redaksiyasının müəllifi gənc yazıçı Pərvin, quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu və musiqi nömrələrinin tərtibatçısı İradə Muradovadır.
Nağıl-müzikldə əsas obrazları Anar Seyfullayev (Qoğal), Ramil Məmmədov (Baba), Zülfiyyə Alhüseynova (Nənə), Elşən Şıxəliyev (Canavar), Günel Məmmədova (Tülkü), Roza İbadova (Dovşan) və başqaları ifa edəcəklər.
Musiqili, əyləncəli, eyni zamanda ibrətamiz hadisələrlə zəngin müzikl kiçikyaşlı tamaşaçıları düzlüyə, prinsipiallığa səsləyir, pisi yaxşıdan ayırmaq kimi insani keyfiyyətləri aşılayır.
Tamaşa saat 12.00-da nümayiş etdiriləcək.
Cəvahir
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi