Tabloid.az
Rasim Balayev: “Arada şəkərim sözümə baxmır” – Açıqlama
Xalq artisti, sevilən aktyorumuz Rasim Balayevin səhhətinin pisləşməsi ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.
Hamı kimi biz də narahat olduq və xalq artisti ilə əlaqə saxlayıb, onun səhhəti ilə maraqlandıq. Publika.az-a danışan sənətkar səhhətinin heç də mətbuatda yazıldığı kimi kəskin pisləşmədiyini bildirdi: “Əşşi, o, köhnə söhbətdir e, səhhətimdə ciddi problemlər yaşanmışdı. Ayaqlarımda yaranan problemlərə görə hərəkət edə bilmirdim. O problem həkimlərin ciddi səyi nəticəsində artıq həll olunub. Şükür Allaha, sağ-salamatam. Yeriyirəm, gəzib-dolanıram. Sadəcə, ara-sıra şəkərim sözümə baxmır, onda da həkimlər köməyimə çatır. Müalicə edirlər, problem aradan qalxır. Yaş öz sözünü deyir də”.
Çoxdandır, kino aləmində yeni rollarına tamarzı qaldığımız aktyorun yaradıcılığı ilə də maraqlandıq. Hələlik, sənət aləmində boşluq olduğunu deyən aktyor özü də gözləmə mövqeyində olduğunu gizlətmədi: “Hələlik, boşluqdur. Yeni filmə dəvət almamışam. Təzə xəbər olan kimi sizə deyərəm”.
Cəvahir Səlimqızı
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək