Tabloid.az
Şou proqramlar neçəyədir? - Sorğu
Şou-biznes nümayəndələrinin, ən əsası müğənnilərin qazanc mənbəyi şou proqramlar və toylardır.
Məlum məsələdir ki, müğənni nə konsertdən, nə də albom satışından yüksək
gəlir əldə etmir. Ancaq son zamanlar konsert və albom sırasına şou proqramlar da daxil olmağa başlayıb.
Bir çox şou-biznes nümayəndələri şou proqramlardan gileylənir. Əksər müğənnilər şou proqramlardan az qazanc əldə etməsinə görə bu işin daşını atıb.
Əkizlər kimi tanıdığımız Sevil-Sevinc bacıları - ”bizə şou proqramlardan çox toylar xeyir edir. Ümumi toyu idarə etmək yox, yarım saatlıq çıxışlar daha sərfəlidir. Yarım saatlıq çıxışlarımızın qiyməti min manatdır. Heç beh istəmirik, çıxışımızı edirik, sonra pulumuzu alırıq”- deyərək məsələyə münasibət bildiriblər.
Şou proqramlarda qonorar azlığı ilə bağlı prodüser Toliklə əlaqə saxladıq.
Prodüserin sözlərinə görə onunla işləyən heç bir müğənni şou proqrama getmir:
“Yeni müğənnilər şou proqramlarda, restoranlarda tanınmaq üçün çıxa bilər. 30-50 manat gününə verilir, ən çox qiymət 200 manat təşkil edə bilər”.
Rəqqasə Aytən də şou proqramdan boğaza yığılan şou əhli sırasındadır. Aytən bildirir ki, şou proqramlar ona xeyr gətirmir. Qiymətlər çox aşağı, iş isə yorucudur. Qonorar çox azdır, mənə sərf etmir.
Uzun müddətdir ki, şou proqramlarda aparıcılıq edən Lalə Əlimuxtarova şou proqramların qiymətini bizim üçün açıqlayaraq, bəzi müğənniləri də şou proqrama cəlb etməsi barədə belə söyləyir:
“ Şou proqramlar yeni başlamış müğənnilərə lazımdır. 6 ildir ki, şou proqram aparıcısıyam. Bu müddətdə şahid olmuşam ki, müğənnilər karyeraya şou proqramdan başlayır, sonra toylara gedirlər.
Qonorar 250-300 manat arası dəyişə bilər. O da müğənninin tanınıb, tanınmamasından asılıdır.
Oazis Əyləncə Mərkəzinin ictimai əlaqələr üzrə meneceri Sevda Əhmədova ilə əlaqə saxladıq. Sevda xanım məsələyə belə aydınlıq gətirməyə çalışdı:
“ Bizim əyləncə mərkəzindən bu günə kimi imtina edən müğənni olmayıb. Biz təklif edirik, onlar razılaşırlar. Qonorar məsələsində də razılaşırıq, müqavilə bağlayırıq. Qiymətlərini sizə açıqlaya bilərdim, ancaq müqavilənin şərtlərini pozmaq istəmirəm”.
Elvin Elxan
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO