Tabloid.az
Azərbaycanlı bəstəkar İbrahim Tatlısəsə mahnı bəstələdi, amma... - FOTOLAR+VIDEO
Xalq şairi Zəlimxan Yaqub bəstəkar Sevinc Tofiqqızına xeyir-dua verib.
Səbəb isə bəstəkarın xalq şairinin “Məkkədə” şeirinə bəstələdiyi musiqi olub.
Publika.az-a açıqlamasında Z. Yaqub Sevinc Tofiqqızının onun “Məkkədə” şeirinə bəstələdiyi musiqisindən söz açaraq bunları deyib: “Mən eşidəndə ki, Sevinc xanım mənim “Məkkədə” şeirimə musiqi bəstələyib və bu mahnı insanlar tərəfindən sevilib, çox şad oldum. Mahnını dinləyəndə kövrəldim. “Məkkədə” şeirinin maraqlı bir tarixçəsi var. İllər öncə Ulu Öndər Heydər Əliyev mənə dedi ki, “Zəlimxan, bir çox şairlərə demişəm, sənə də deyirəm dini mövzularda şeirlər yazıb –yaradın. Bu, xalqımız və bizim üçün çox önəmlidir”. Mən də o zaman “Məkkədə” şeirini yazmışdım. Dedim ki, artıq yazmışam və “Məkkədə” şeirini onun üçün söylədim, çox bəyəndi. Məhz Sevinc xanımın təsadüfən bizim ulu öndərimiz Heydər Əliyevin çox bəyəndiyi şeiri seçib, musiqi yazması məni çox sevindirdi və kövrəltdi”.
Məlumat üçün bildirək ki, Sevinc Tofiqqızı “Məkkədə” mahnısını İbrahim Tatlısəs üçün bəstələyib. Amma məlum olduğu kimi, Tatlısəsin səhhətində problem olduğundan, mahnını azərbaycanlı ifaçı Ülvi Xələfov oxuyub. İbrahim Tatlısəs sağalan kimi “Məkkədə” mahnısını oxuyacağını da bildirib.
S.Tofiqqızı “Məkkədə” mahnısına klip də çəkdirib. Klip çəkilişləri “Təzə Pir” və Hacı Əjdərbəy (Göy Məscid) məscidində baş tutub.
Onu da deyək ki, klipin rejissoru və montajı İntiqam Dadaşova, operator işi Rüstəm Fərman İsmayilova və aranjimanı Osman Həmidova aiddir.
Cəvahir
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı