Tabloid.az
Azərbaycan nümayəndə heyəti Süleyman Dəmirəl muzeyində
Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin siyasi fəaliyyətinin 50 illiyi ilə əlaqədar Süleyman Dəmirəl Demokratiya və İnkişaf Muzey Kompleksinin açılışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi də təmsil olunub.
Bu barədə Publika.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Məlumata görə, tədbirdə Mərkəzin Baş katibi Rövşən Muradov və Təşkilatın İdarə Heyətinin üzvü, Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku da iştirak edib.
Süleyman Dəmirəl Demokratiya və İnkişaf Muzey Kompleksi siyasi xadimin doğulduğu İspartanın İslamköy kəndində, 16 min kvadratmetrlik ərazidə yaradılıb. Kompleks məscid, kitabxana, muzey binası və digər tikililərdən ibarətdir. Muzeydə Süleyman Dəmirəlin Baş nazir və prezidentlik dövrünə aid eksponatlar, yerli və xarici səfərləri zamanı ona verilmiş hədiyyələr, Türkiyənin inkişafında böyük əhəmiyyətə malik layihələrin təməlqoyma və açılışlarına dair fotolar və digər materiallar sərgilənir. Kompleksinin arxiv və kitabxana bölümündə isə minlərlə əsər qorunur.
Qeyd edək ki, Süleyman Dəmirəl Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür, o, Mərkəzin təsis etdiyi “Nizami” qızıl medalı təltif olunub.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO