Tabloid.az
II Bakı Beynəlxalq İdman Filmləri Festivalı başlanır
Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə noyabrın 18-20-də II Bakı Beynəlxalq İdman Filmləri Festivalı başlanacaq.
Publika.az-ın məlumatına görə, İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) sədri Askani Franko, Bakı festivalının münsiflər heyətinin sədri Endre Florian (Macarıstan), münsiflər heyətinin üzvü Yusif Şeyxov (Azərbaycan), Gənclər və İdman Nazirliyinin nümayəndəsi, digər qonaqların və film müəlliflərinin iştirak edəcəyi mətbuat konfransında Bakı festivalının proqramı, dəvət olunmuş qonaqlar üçün nəzərdə tutulan proqram, festivala təqdim olunan filmlər və dünyada keçirilən bənzər festivallar barədə suallar cavablandırılacaq.
FİCTS-in üzvü olan Bakı festivalı gələn il ölkəmizdə keçiriləcək I
Avropa Oyunları ərəfəsində idmanın bir çox növlərinə həsr olunan
filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini
həvəsləndirmək məqsədi daşıyır.
II Bakı festivalınına 33 ölkədən 115 film daxil olub. Seçim
komissiyası onlardan 23 ölkəni təmsil edən 48 filmi seçərək
müsabiqəyə buraxıb. Filmlər 5 kateqoriya üzrə bölüşdürülüb: "Bədii
film", "İdman və şəxsiyyət", "İdman və dünya", "TV filmləri",
"Milli film".
Birinci festivalla müqayisədə bu ilki festivala təqdim olunan
Azərbaycan filmlərinin və televiziya proqramlarının sayı
əhəmiyyətli dərəcədə artıb. Bunu da Avropa Oyunları ərəfəsində
idmana artan marağın göstəricisi kimi qiymətləndirmək olar.
Festival günlərində müsabiqə filmlərinin nümayişi ilə yanaşı,
Nizami Kino Mərkəzində dünyanın məşhur foto ustalarının idman
mövzusuna həsr olunan təbliğat vasitələrinin sərgisi də təşkil
olunacaq. Eyni zamanda Festivala qatılan film müəllifləri və idman
mütəxəssislərinin KİV təmsilçiləri ilə görüşləri nəzərdə
tutulub.
Festivalda dünyada tanınmış idman xadimləri, Olimpiya və dünya
çempionları, həmçinin Avropa ölkələrinin Milli Olimpiya
Komitələrinin rəsmi nümayəndələri və FİCTS-in rəhbərliyinin
iştirakı gözlənilir.
Cəvahir
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi