Azərbaycanda Türkiyə Kültür Günləri başladı – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycanda Türkiyə Kültür Günləri başladı – FOTOLAR

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə Azərbaycanda, Heydər Əliyev Mərkəzində Türkiyə Kültür Günlərinin açılış mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, mərasimdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib. Açılış mərasimi münasibəti ilə Azərbaycana gələn Türkiyənin Mədəniyyət və Turizm naziri Ömer Çelik çıxış edərək mədəniyyət günlərinin təşkilinin Türkiyə üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Ö. Çelik deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi müdrik kəlamı ölkələrimiz arasında münasibətlərin bütün sahələrində özünü təsdiqləyir: “Türkiyə Kültür Günlərinin Bakıda təşkili Azərbaycan və Türkiyənin təkcə siyasətdə və iqtisadiyyat sahəsində deyil, mədəniyyət və incəsənət sahələrində də əbədi olaraq bir yerdə olduğunu bir daha sübut edir”.

Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bakıda Türkiyə Kültür Günlərinin keçirilməsinin Azərbaycan üçün əlamətdar hadisə olduğunu deyib.

Qeyd edək ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, mədəniyyət və tanıtma müşaviri Seyit Ahmet Arslan və səfirliyinin digər diplomatları, Azərbaycan hökumət rəsmiləri, Milli Məclisin deputatları, Bakıda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm