Tabloid.az
“Qarabağın səsi” layihəsi üzə çıxdı – FOTO
Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Qarabağın səsi” layihəsi təqdim olunub.
Publika.az-ın məlumatına görə, musiqi albomundakı kompozisiyalar Azərbaycanın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocəvənd, Xocalı, Zəngilan, Şuşa, Xankəndi, Kəlbəcər, Füzuli, Ağdam, Laçın, Cəbrayıl və Qubadlı bölgələrinə həsr olunur. Kompozisiyaların müəllifi əməkdar artist Rain Sultanovdur.
Layihənin reallaşmasında xalq artisti Alim Qasımov, əməkdar
artistlər Yasəf Eyvazov və Şahin Növrəsli, İsveç Dövlət Kamera
Orkestrinin üzvü Linnea Olson, İsveç, Yaponiya və Gürcüstan
musiqiçilərindən Peter Nilson, Yasuhito Mori və İrakli Koiava
iştirak ediblər.
Layihə çərçivəsində “Qarabağın səsi” musiqi albomuna daxil olan
kataloq da nəşr olunub. Kataloqda Böyük Britaniyadan olan jurnalist
İan Peartın Qarabağın Azərbaycanın tarixi və mədəniyyətində
özünəməxsus yerinə dair fikirləri əksini tapıb. Nəşr Azərbaycan,
ingilis, rus və ispan dillərində işıq üzü görüb.
Daha sonra layihə haqqında film nümayiş olunub.
Təqdimat mərasimində yerli və xarici musiqiçilər alboma daxil olan
“Xocavənd”, “Xocalı”, “Zəngilan”, “Şuşa”, “Xankəndi”, “Kəlbəcər”,
“Füzuli”, “Ağdam”, “Laçın”, “Cəbrayıl”, “Qubadlı” kompozisiyalarını
ifa ediblər.
Cəvahir
-
Sosial12:28
SOCAR-dan İsrailə neft satması ilə bağlı iddialara REAKSİYA
-
Sosial11:56
Bu şəxslərə şad xəbər: pensiyaları artacaq
-
Nəqliyyat11:31
Bakıda taksi xidməti niyə kəskin bahalaşıb? - Rəsmi açıqlama
-
Region11:11
İrəvan aeroportunda 41 gün aclıq edən Nikolyan Fransaya qayıtdı: Bildirdi ki...
-
Maraq dünyası10:46
Bu ay BÜRCLƏRİ nələr gözləyir? - Pul, karyera, toy və...
-
Dünya10:10
Mask Yupiterlə bağlı sirli proqnoz verdi
-
Sosial09:36
Ermənistanda əsirlikdə olan azərbaycanlıların NADİR GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO
-
MDB09:06
Kliçkonu İrəvana dəvət etdilər