Tabloid.az
“Mahur” qrupu Məmmədbağır Bağırzadəni seçdi – FOTO
Bəstəkar Ruhin İsmayılovun rəhbərliyi ilə yeni yaradılan peşəkar musiqiçilərdən ibarət “Mahur” qrupu ilk yeniliyinə mərhum sənətkar Məmmədbağır Bağırzadənin repertuarından mahnı ilə başlayıb.
Söz və musiqisi M.Bağırzadənin olan “Gəlinim” mahnısını Vüsal Ömərovun yeni aranjimanında lentə yazdıran qrup ifaçıları bunu ardınca mahnıya çəkiləcək klipini təqdim etməyə hazırlaşır. Klipdə Məmmədbağır Bağırzadənin lent yazılarından istifadə ediləcək.
Qrup rəhbərinin Publika.az-ın məlumatına görə, bu mahnıya müəllifin özündən sonra ilk müraciəti “Mahur”un üzvləri edib:
“Qrupu yaratmaqda başlıca məqsədimiz xalq üslubunda olan mahnıları gənc ifaçıların təqdimatında publikaya dinlətməkdir. “Gəlinim” zamanında sevilən mahnılardan olub. Qruf üzvləri onu ifa etməklə həm yaşlı nəslin zövqünü oxşamağa çalışır, həm də gənclərə bu və digər oxunacaq mahnıları tanıtmaq əzmindədir. Qeyd edim ki, bu mahnıda qədim “Heyvagülü” havasından və eyni zamanda “Qayınana” filmindəki fraqmentdən istifadə edilib”.
Xatırladaq ki, sözügedən qrupun üzvləri Xəyal Əliyev, Ağa Şahverdiyev və Aslan Quliyev Respublikada keçirilən Beynəlxalq Muğam və digər mötəbər müsabiqələrin laureatlarıdır. Hər üçü ali musiqi təhsili alır.
Ruhin İsmayılov isə qrupa rəhbərliklə yanaşı, müğənnilərlə işbirliyinə davam edir. Xatırladaq ki, bəstəkar müğənnilərdən Röya (“Necə unudum”, “Sakinim ol”, “Həyat”), Zamiq (“Sənsən”, “Nə olar”), Aygün Kazımova və Elton (“Yağış”), Alim Qasımov, Elnur Hüseynov, Rəhim Rəhimli (“Ağ və qara” kompozisiyası) və digər məşhurlarla çalışır.
Cəvahir
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO