Məşhur aktrisanın sürpriz toyu - FOTO
Bizi izləyin

Tabloid.az

Məşhur aktrisanın sürpriz toyu - FOTO

Türkiyənin tanınmış aktrisası Naz Elmas ötən ilin son günü həm özünə, həm də pərəstişkarlarına sürpriz edib. Amma bu sürpriz heç də aktrisanın yaradıcılığı ilə bağlı deyil.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Elmas yeni ilə bir neçə saat qalmış sevgilisi Emre Kıramerlə nikah masasına oturub. TRT-də yayımlanan “Filinta” serialındakı roluyla məşhurluğuna məşhurluq qatan aktrisa uzun müddətdir eşq yaşadığı Emre Kıramerle evlənib.

Cütlük toylarının təmtəraqlı keçməsini istəməyib və mərasim Kuruçeşmədə onların ən yaxın insanlarının iştirakı ilə baş tutub. Qeyd edək ki, Emre Kıramerlə Nas Elmas beş aydan artıqdır ki, ber yerdədirlər. Aktrisanın həyat yoldaşı Türkiyənin məşhur saç ustalarından olan Erdem Kıramerin oğludur.

Cütlük toyları barədə mediaya informasiya sızdırmasa da, qonaqlar sürpriz toyun fotolarını sosial şəbəkədə paylaşıblar. Maraqlıdır ki, toydan sonra Naz Elmas “Instagram”da soyadını “Kıramer” olaraq dəyişdirib. Naz Elmas hamilə olmasıyla bağlı iddialara da cavab verib və bildirib ki, seriallar davam etdiyi müddətdə ana olmaq istəmir.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm