Tabloid.az
Ukrayna “Eurovision”-a qatılmaqdan imtina etdi
Avstriyanın Vyana şəhərində keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsində 39 ölkə təmsil olunacaq.
Publika.az-ın məlumatına görə, əvvəlki yarışmadan
fərqli olaraq iştirakçıların sayı iki ölkə artıb. Kipr, Çexiya və
Serbiya yenidən müsabiqəyə qayıdıb. Əvəzində, Ukrayna milli
televiziyası müsabiqədə iştirak etməyəcəyini bildirib.
Beləliklə, 60-cı “Eurovision” mahnı müsabiqəsində Albaniya,
Avstriya, Azərbaycan, Belarus, Belçika, Kipr, Çex Respublikası,
Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Gürcüstan,
Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail,
İtaliya, Latviya, Litva, Malta, Moldova, Monteneqro, Niderland,
Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, Serbiya,
Sloveniya, İspaniya, İsveçrə, İsveç, Böyük Britaniya və Ermənistan
təmsil olunacaq.
Yarımfinallarda iştirakçıların sayı artan istiqamətdə müəyyən
edilib. Birinci yarımfinalda 16, ikincidə 17 ölkənin iştirakçısı
səhnəyə çıxacaq. Final mərhələsində isə 10 ölkə, böyük beşliyə
daxil olan Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya,
eləcə də ev sahibliyi edən Avstriyanın təmsilçisi olacaq.
Qeyd edək ki, “Eurovision-2015” mahnı müsabiqəsinin püşkatma
mərasimi 2015-ci il yanvarın 26-da keçiriləcək.
Yarışmanın I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də,
final mərhələsi isə 23-də olacaq.
Cəvahir
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO