Tabloid.az
Adamayovuşmaz, qaraqabaq Çelentanonun həyat sirləri
1938-ci ilin bu günündə İtaliyanın Milan şəhərindəki kasıb ailədə beşinci uşaq dünyaya göz açır. Gələcəyin dünya şöhrətli aktyoru, estrada müğənnisi, bəstəkar, teleaparıcı, rejissor və ictimai xadimi olan Adriano Çelentanonun doğulmasından bir neçə il sonra başlanan İkinci Dünya müharibəsi ailənin maddi durumunu daha da ağırlaşdırır. Beləcə, balaca Adriano həyatın bütün çətinliklərini hələ erkən yaşlarında hiss edir.
Publika.az yalnız Avropada deyil, dünyanın digər qitələrində də populyarlığı ilə seçilən Adriano Çelentanonun həyat sirlərini təqdim edir.
İtaliya məğlub olduqdan və müharibə sona çatdıqdan sonra ailə Milanı tərk edib başqa şəhərdə yaşamağa başlayır. Çelentanonun ailəsinin kasıb olması səbəbindən o, təhsilini yarımçıq qoymağa məcbur olur. Hətta ailəsinə kömək etmək üçün saatsaz emalatxanasında işə düzəlir. Lakin gənc yaşlarında musiqiyə həvəsi, yaradıcılıq istəyi, xüsusi istedadının olması onun həmyaşıdları arasında fərqlənməsinə, hamıdan önə çıxmasına səbəb olur. Ötən əsrin 70-ci illərindən başlayaraq sənətinin ən uca pillələrinə doğru addımlayan Adriano Çelentano tirajı 70 milyondan artıq olan 41 albom hazırlayır. Şan-şöhrət, populyarlıq onun pərəstişkarlarının sayını artırır.
Tipik çılğın italyan, qadınlara xüsusi maraq göstərən aktyorun çatışmaz cəhətlərindən bəzən onun doğmaları da əziyyət çəkirlər. Əvvəllər mətbuata o qədər də açıq olmayan, özü barəsində danışmağı sevməyən Çelentano milyonlarla pərəstişkarının ona olan sevgisini qorumaq üçün bir müddət qapalı həyat tərzi keçirməyə qərar vermişdi. Bu səbəbdən də şəxsi həyatı, xüsusən xarakterinin dözülməz olması barəsində saysız-hesabsız söz-söhbətlər dolaşırdı. O, nəhayət, bir gün danışdı və bütün söz-söhbətlərə bununla birdəfəlik son qoydu:
“Mənim haqqımda çox yazıblar. Amma yazılmayanlar da var. Məsələn, mən evdən nadir hallarda çölə çıxıram və boş söhbətlərdən, danışıqlardan kənar gəzirəm. Bütün siyasətçilərin əleyhinə çıxmağın tərəfdarı deyiləm. Dünyanın hər bir bədbəxtinin xoşbəxt olmasını istəyirəm. Çünki biz onlarla eyni materikdə yaşayırıq. Həyatımızdan vaxtında gedən hər kəsi alqışlayıram. Bu beton qutuların (güman ki, hündürmərtəbəli yaşayış binalarının mənzillərini nəzərdə tutur-müəl.) arasında yaşayan bəzi bədbəxt insanların niyə özlərini çərçivəyə salmalarının səbəblərini başa düşə bilmirəm. Bəzi insanlar məni hər şeyə həssas adam adlandırır. Onlar, bəlkə də, haqlıdır. Mahnılarımdan birinin sözləri belədir - əsl sevgi göylərdədir və Yer üzündə onu heç kim poza bilməz. Azad olmaq üçün mülayim olmaqdan başlamaq lazımdır. Mülayim olmaq bütün insanların səhv etdiyini anlamaq deməkdir. Ailə ya əbədi sabotajdır, ya da xilas ümidi. Sonuncuya nail olsan, bəxtin gətirib. 70 yaşın astanasında hər şey sənə xülasə, yekun kimi görünür. Bizim planetin insana ağrı verməsini dərk etməmək həyatı dərindən dərk etməməkdir. Özümü köhnə, ağ-qara filmlərimdə görəndə düşünürəm ki, mən necə yaraşıqlı idim. Bəs mən bunu niyə o vaxt dərk etmirdim? Disklərimin birində rəssam məni boksçu kimi təsvir etdi. O, düz etmişdi. Boksçu da mənim kimi zərbələri (həyatın zərbələrini) qəbul edir, özü zərbə endirir və sonda qalib gəlir. İtaliyanı düzgün, təmiz adamın idarə etməsi lazımdır. Əgər bu fikrimlə özümü nəzərdə tutduğumu düşünürsünüzsə, yanılırsınız. Əlbəttə, mən buna razı olardım, amma çox qocayam. Hər şeyi başa düşməyə çalışmayın, həyat elə bu cür də maraqlıdır”.
Anar Tağıyev
-
Dünya14:50
Milyonlarla suriyalı artıq geri qayıda bilər - Hakan Fidan
-
Digər14:40
Günəşdə iki böyük partlayış oldu
-
Kriminal14:30
Şəmsi Səmədzadə həbs olundu
-
Yaxın Şərq14:00
Əsədin tutulmasına yardım edənə bu qədər pul veriləcək
-
Dünya13:15
Bəşər Əsəd öldü - "Reuters"
-
Hadisə13:05
Politoloq Azər Qasımlı saxlanıldı
-
Hadisə12:15
Azərbaycanda qulağına səslər gələn 33 yaşlı kişidən DƏHŞƏTLİ ƏMƏL: həyat yoldaşını...
-
Dünya11:55
Türkiyədə yaşayan suriyalılar Əsədin devrilməsini belə bayram edirlər - FOTOLAR