Tabloid.az
Nazirlikdən kino ilə bağlı AÇIQLAMA
Mədəniyyət və Turizm Nazirliyi 2014-cü ili milli kinonun inkişafında uğurlu il kimi dəyərləndirib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, 2014-cü il ərzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Qisas almadan ölmə”, “Axırıncı dayanacaq”, “Axınla aşağı”, “Nabat” bədii filmlərini təhvil verib. Kinostudiyada həmçinin “İnikas”, “Sonuncu” və “Sirr” qısametrajlı bədii filmləri, “Tarın sədaları. Mansurovlar” və “Çempion” sənədli filmləri, “Motivlər” gənclər kinoalmanaxına daxil olan 3 ekran əsəri (“20-ci mərtəbə”, “Qonşular” və “Kədərim mənim”) istehsal olunub.
Bundan əlavə, “Salnamə” studiyası - “Qalibiyyət” (“Qılıncoynadan
İlqar Məmmədov”), “Vətən qeyrəti” və “Dağlar qoynunda şəhər”
(“Lahıc etüdləri”), “Qafqazdan Appeninə” sənədli filmlərini,
“Yaddaş” studiyası - “Müharibə uşaqları”, “Tarixin daş salnaməsi”
(“Qafqaz Albaniyasının memarlığı”), “Aşiqi-Sadiq” (“Lətif
Feyzullayev”), “Çay bir aləm”, “Qobustan kölgələri” və “Sevinc bəxş
edən insan” sənədli filmlərini istehsal edib. “Azanfilm”
studiyasında “Ən güclü kimdir” və “Köhnə mismar” cizgi filmləri,
“Debüt” studiyasında isə “Keçmişdən gələn zəng” qısametrajlı bədii
filmi və “Rast. Niyazi” (“Maestro”) sənədli filmi təhvil
verilib.
Ölkə başçısının sərəncamları ilə yubileyləri qeyd edilən Əliş
Ləmbəranski haqqında “Mən Bakını sevirəm” və Səyid Yəhya Bakuviyə
həsr olunmuş “Xəlvətdə qalmış müdrik” sənədli filmləri çəkilib.
Bu il ikinci Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçirilib.
Festivala 55 ölkədən 405 film təqdim olunub. Kino sahəsində daha
bir layihə - II Bakı Beynəlxalq İdman Filmləri Festivalı da geniş
maraq doğurub, festivala 33 ölkədən 115 film təqdim edilib.
Yeni bədii və sənədli filmlərimiz il boyu xaricdə keçirilən
beynəlxalq festivallara göndərilib. May ayında keçirilən 67-ci Kann
kinofestivalında Azərbaycan pavilyonu təşkil olunub. Kino
tariximizdə ilk dəfə “Sonuncu” bədii filmi Kann festivalının əsas
müsabiqə proqramlarından olan “Qısa metr” proqramında, “Ayrı” bədii
filmi isə “Rejissor həftəliyi” proqramında nümayiş olunub. Bundan
əlavə, “Nabat”, “Sonuncu”, “Axınla aşağı” və s. filmlərimiz il
ərzində Kann, Karlovı Varı, Çikaqo, London, İzmir - ümumilikdə
30-dan çox beynəlxalq kinofestivalda uğurla iştirak edib.
Bu il Nizami Kino Mərkəzində “Mən evə qayıdıram”, “Qisas almadan
ölmə”, “Axınla aşağı” bədii filmlərinin, “Gözümün işığı və ya
qəribə heykəltəraş ömrü” sənədli filminin, “Məryəm” (“Sirr”)
bədii-sənədli filminin, respublikanın regionlarında “Milli
Qəhrəmanlar” silsiləsindən çəkilən sənədli filmlərin təqdimatları
keçirilib.
Cəvahir
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü