“Günaydın”ın yeni aparıcısı: “Hələ pul məsələsini danışmamışıq” – AÇIQLAMA
Bizi izləyin

Tabloid.az

“Günaydın”ın yeni aparıcısı: “Hələ pul məsələsini danışmamışıq” – AÇIQLAMA

“Günaydın” verilişi yeni aparıcısı, əməkdar artist Mehriban Xanlarova Publika.az-a danışıb. Aktrisa bildirib ki, bu gün onun aparıcılığı ilə verilişin yeni buraxılışı çəkiləcək:


“Təklif rəhbərlikdən gəldi, mən də qəbul etdim. İlk çəkilişimiz bu gün olacaq. Mövzu belədir ki, qadınlar tez məşhurlaşır, yoxsa kişilər? İnanıram ki, maraqlı söhbət alınacaq”.

Əməkdaşımızın “bu veriliş son zamanlar yetərincə qalmaqallı idi. Bundan narahat deyilsiniz ki” sualına aktrisa belə cavab verib:

“Mən yazıq hara gedirəmsə, qalmaqal var. Amma nə qədər olmasa, məsuliyyət daşıyıram. Obrazımı oynayanda da məsuliyyət daşıyıram, digər işlərdə də. Yəqin ki, inamları doğruldacam”.

Mehriban Xanlarova bildirib ki, hələlik rəhbərliklə maliyyə məsələləri barədə danışmayıb:

“Pul məsələsini, hələ ki danışmamışıq. Əsas odur ki, işə yaxşı başlayım. Maddiyyat hər zaman danışıla bilər”.

Qeyd edək ki, verilişin keçmiş aparıcısı Vüsalə Kərimova dünən “Günaydın”dan getdiyini açıqlayıb.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm