Xalq artisti qəzəbləndi: “Bir kişidən üc uşağı var, o birindən də...” - REAKSİYA
Bizi izləyin

Tabloid.az

Xalq artisti qəzəbləndi: “Bir kişidən üc uşağı var, o birindən də...” - REAKSİYA

Xalq artisti, tanınmış müğənni Mübariz Tağıyev əsəbiləşib. Sənətkarın qəzəbinə səbəb televiziyalarda yayımlanan verilişlərin bir-birinə oxşaması və səviyyəcə aşağı olmasıdır.

Giley-güzarını Publika.az-la bölüşən müğənni hətta bəzi məqamlarda verilişi yarımçıq tərk etdiyini də bildirib:

“Bu yaxınlarda bir proqrama dəvət olundum, amma axıra qədər verilişdə otura bilmədim. Məcbur olub onu yarımçıq tərk etdim. Baxırsan ki, bütün verilişlərə eyni problemi yaşayan insanlar çağırılır. Bizə də deyirlər ki, məsləhət verin. Hamısı həyatda öz günahı üzündən çətinliklər yaşayan, problemlərlə üz-üzə qalan insanlardır. Keçən dəfə bir qadın göz yaşı içərisində dərdini danışır, kömək istəyir. Baxırsan ki, bir kişiyə gedib, üç uşağı var, ayrılıb, digər bir kişiylə ailə qurub, ondan da üç uşaq qazanıb. Heç bir kişiylə də rəsmi nikah müqaviləsi bağlamayıb. Nəticədə də, kişi öz kefindədir, qadın qalıb o uşaqlarla küçədə. Beləsinə nə məsləhət verəsən? Bu addımı atmazdan öncə, düşün-daşın, gör nəticəsi nə ola bilər? Ara yerdə uşaqlar bədbəxt olur”.

Xalq artisti bu tip verilişlərin baş alıb getdiyini və oxşar verilişlərin insanları yorduğunu deyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm