Tabloid.az
Xalq artistindən bacısına: “O, ərinin Leylisidir, indi də olar Məcnunun Leylisi”
Xalq artisti Gülyaz Məmmədova Leyli olmağa hazırlaşan bacısı Gülyanaq Məmmədovaya xeyir-dua verib.
Publika.az-a bu barədə danışan sənətçi vaxtilə Leyli obrazının ona düşərli olduğunu xatırladıb: “İlk dəfə 1992-ci ildə Opera Teatrının səhnəsində “Leyli və Məcnun” operasında Leylini oynadım. Tərəf-müqabilim də gözəl xanəndəmiz Mənsum İbrahimov idi. Leyli obrazı mənə çox düşərli oldu və uğur gətirdi. Bacıma da uğur arzulayıram. Məndən sonra Leyli kimi səhnəyə çıxacaq. Mən inanıram ki, bacımın yaratdığı Leyli heç bir sənətçinin Leylisinə bənzəməyəcək”.
Xalq artisti bacısının həyatda da Leyli olduğunu bildirib:
“Mən onun özünə də demişəm ki, çalış özünəməxsus Leyli ol. Buna görə də Gülyanağa öz daxili dünyasını üzə çıxarmaq üçün mane olmuram, əksinə, kömək edirəm. Leyli çox çətin obrazdır, amma bacım bu çətinliyi yenəcək. Gülyanaq həyatda ərinin Leylisidir, indi də olar Məcnunun Leylisi. Həyatda Leyli olan sənətçi səhnədə də mükəmməl Leyli kimi hər kəsin yaddaşında qalacaq”.
Cəvahir
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO