Tabloid.az
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar filmlərin nümayişi başlandı
Nizami Kino Mərkəzi 20 Yanvar faciəsinin ildönümündə “Azərbaycanfilm”in nəzdində fəaliyyət göstərən “Salnamə” və “Yaddaş” sənədli filmlər studiyasının istehsalı olan hərbi vətənpərvərlik filmlərinin nümayişini həyata keçirir.
Publika.az-ın məlumatına görə, bu il də faciənin 25-ci ildönümü ilə əlaqədar Nizami Kino Mərkəzi nümayiş olunacaq filmlərin sırasına milli vətənpərvərlik ruhunda istehsal edilən yerli filmləri əlavə edib.
Bu məqsədlə yanvarın 15-də saat 16:00-da Bakı Ali Neft
Məktəbinin tələbələri üçün Milli Qəhrəmanlar Gültəkin Əsgərovaya
həsr edilən “Gültəkin” və Qorxmaz Eyvazova həsr edilən “Adına
yaraşan oğul”, yanvarın 16-da saat 16:00-da 1 saylı uşaq evinin
şagirdləri üçün Milli Qəhrəman Mübariz İbrahimova həsr edilən
“Mübarizlik zirvəsi” və “Adına yaraşan oğul”, yanvarın 19-da saat
12:00 və 16:00-da isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin əməkdaşları və Bakı Ali Neft Məktəbinin
tələbələri üçün Milli Qəhrəman Nizami Məmmədova həsr edilən
“Ömrümün şah zirvəsi”, "Gültəkin", "Mübarizlik zirvəsi" filmləri
nümayiş olunacaq.
19 yanvar 2015-ci il tarixində saat 10.00-da, 11.00-da və 12.00-da
isə “Vətən” kinoteatrının kollektivinin təşkilatçılığı ilə 1
nömrəli orta ümumtəhsil məktəbində məktəbin şagirdləri üçün
Azərbaycanın Milli Qəhrəmanları Fazil Mehdiyev, Asif Məhərrəmov və
Şirin Mirzəyevə həsr olunan “El təəssübü, vətən məhəbbəti”, “Haqqa
söykənən həyat və Şirin Mirzəyev” sənədli filmləri nümayiş
etdiriləcək.
Cəvahir
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı