Rəşad Məcid Tünzaləyə “Get” dedi – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Rəşad Məcid Tünzaləyə “Get” dedi – FOTOLAR

Əməkdar artist Tünzalə Ağayeva media mənsublarını başına yığıb yeni klipini təqdim edib.

Publika.az-ın məlumatına görə, sözləri Rəşad Məcidə, musiqisi Tünzalə Ağayevaya məxsus olan “Get” adlı mahnıya rejissor Fərhad Əli ekran həyatı verib. Mahnı Türkiyədə aranjeman olunub.

Sənətçi xanım media mənsublarını salamlayaraq, yeni mahnısı barədə danışıb: “Xahiş edirəm, maqazin proqramları bu klipdə qalmaqal axtarmasınlar. Bu əsəri uzun illər gözlədim. Bu mahnının uzun müddət axtarışında oldum və buna görə də iş yubandı. Bu mahnının beş yaşı var. Rəşad Məcid çox duyğulu bir şeir yazıb və bu duyğulardan ilhamlanıb mahnı yazmışam. Soyuq qış günündə ifa olunsa da, bu mahnı ürəklərinizə bir istilik yayacaq.

Rəşad Məcidlə işləmək mənim üçün şərəfdir. Hələ qarşıda yeni mahnılar olacaq”.

Lirik-romantik duyğulara köklənmiş mahnının klipinə gəlincə, ekran əsəri sadə, amma maraqlı görüntüləri ilə diqqət çəkib. Klipdə, demək olar ki, süjet xəttindən istifadə olunmayıb.

Müğənninin digər kliplərində olduğu kimi, növbəti ekran işində də geyimlər modelyer Gülnarə Xəlilovaya məxsusdur.

“İndiki internet dövründə insanı şeirlə, musiqi ilə real dünyadan ayırmaq çətin məsələdir. Bu mahnını eşidəndə bir qədər də olsa, reallıqdan ayrılıb yuxarı qatlara yüksələ bildik. Tünzalədə çox gözəl şeir seçmək zövqü var. Tünzalə xanım hər zaman klassiklərin şeirlərinə mahnılar bəstələyib. Tünzalə xanım ürəyimdən keçirdiyim duyğuları bu mahnı vasitəsi ilə reallaşdıra bilib. Bilirəm ki, Tünzalə xanım bu şeiri içdən hiss edib və mahnını bəstələyib”, - Rəşad Məcid belə deyib.

Fərhad Əli də klip barədə fikirlərini bölüşüb: “Klip sadə görüntülərdən ibarətdir, orada ən gözəl görünən isə Tünzalə xanım özüdür. Tünzalə xanım klipə bir gözəllik bəxş edib”.

Modelyer Gülnarə Xəlilova da ürək sözlərini ifadə edib: “Bu klipdə hər şey bir-birini tamamlayıb. İstər musiqi olsun, istər şeir, istərsə də klipdəki görüntülər – hamısı gözəldir və bir-birini tamamlayıb”.

Cəvahir

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm