Tabloid.az
İnsult keçirən Xalq artistindən xəbər var – ÖZƏL
Hazırda xalq artisti Nuriyyə Əhmədovanın vəziyyəti ağır olaraq qalır.
Bu barədə Publika.az-a aktrisanın bacısı Sevil xanım məlumat verib. Onun dediyinə görə, hazırda Nuriyyə xanım reanimasiya şöbəsindədir: “Gecə saatlarında bacımın halı qəfildən pisləşdi, təzyiqi yüksəldi. Yaxşı ki, üstünə tez düşdük, təcili yardım maşını ilə xəstəxanaya apardıq. Həkimlər onu reanimasiya şöbəsinə yerləşdiriblər. Bu səhər bacımın yanında oldum. Huşu üstündədir, məni tanıdı. Amma həkimlərin ciddi nəzarəti altındadır. Hələ ki müayinələr aparılır. Neyləmək olar, Allahın işidir”.
Sevil xanım onu da bildirib ki, həkimlər Nuriyyə xanımın yanına heç kimi buraxmır: “Həkimlər dedi ki, ona sakitlik lazımdır, burada qalmağın heç bir mənası yoxdur. Hələ ki palataya köçürülüb-köçürülməyəcəyini bilmirik. Hamı kimi biz də oturub gözləyirik. Bu səhər bütün qohum-əqrəba xəstəxanada idik. Amma həkimlər bizi evə qaytardılar”.
Sevil xanım heç kimdən kömək gözləmədiyini də bildirib: ”İki ay bundan əvvəl bacım xəstəxanada yatdı. Kim ona neylədi ki, indi də neyləsinlər? Allah bacımın köməyində olsun. Qalanları boş şeydir. Biz heç kimə ağız açmaq fikrində deyilik”.
Xatırladaq ki, xalq artisti Nuriyyə Əhmədova bu gecə saat üç radələrində Məlikov adına 6 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlər ona insult diaqnozu qoyublar.
Cəvahir Səlimqızı
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi