Tabloid.az
Azərbaycanlı “Qatil” gürcülərin əlində
Gürcüstanda xalq yazıçısı Elçinin “Qatil” pyesi əsasında eyniadlı film çəkilib. Filmin çəkilişlərini bu yaxınlarda başa çatıb. Filmin rejissoru Kamran Şahmərdandır.
Publika.az-ın məlumatına görə, bu, Gürcüstanla
Azərbaycan arasında müştərək layihədir. Montaj və digər işlər
bitəndən sonra, yəni cari il yazın sonlarında filmin premyerasının
keçirilməsi planlaşdırılır. Gürcü aktyorların oynadığı film
Azərbaycan dilinə dublyaj olunacaq.
Qeyd edək ki, K.Şahmərdan Rusiyanın Kemerovo şəhərində V.Şekspirin
“Maqbet”, Qoqolun “Evlənmə”, F.Dostoyevskinin “Ölü evdən qeydlər”
əsərlərini səhnələşdirib.
Rejissor S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Jan Anuyun “Torağay”, Elçinin “Cəhənnəm kirayənişinləri” əsərlərini, öz əsəri əsasında A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Ağ və Qara”, Milli Dram Teatrında Elçinin “Teleskop” tragikomediyası əsasında tamaşalar hazırlayıb.
Cəvahir
-
Hadisə12:15
Azərbaycanda qulağına səslər gələn 33 yaşlı kişidən DƏHŞƏTLİ ƏMƏL: həyat yoldaşını...
-
Dünya11:55
Türkiyədə yaşayan suriyalılar Əsədin devrilməsini belə bayram edirlər - FOTOLAR
-
Dünya11:35
Ərdoğanın qızından Suriya paylaşımı: Bayraq detalı diqqət çəkdi
-
Ekologiya11:25
Bu ərazilərdə qar yağır - Faktiki hava
-
Yaxın Şərq10:36
Üsyançılar Suriyada “İnsan qəssabxanası” adlı həbsxanadan məhbusları azad etdilər
-
Yaxın Şərq09:48
Suriyada Əsədin atasının daha bir abidəsi AŞIRILDI - ANBAAN VİDEO
-
Əmlak09:36
İpoteka ilə ev almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR: gələn ildən... - VİDEO
-
ABŞ09:24
Bayden Suriyadakı fövqəladə hadisələrə REAKSİYA VERDİ