Tabloid.az
Hafiz Hacıyevdən Tolikə cavab: “... belə bir adam var”
“Xəzər” televiziyasında yayımlanan “Hər şey daxil” verilişinin aparıcıları Sevil - Sevinc bacılarının canlı yayımda milli valyutamız olan manatı cırması Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə prodüser Toliki üz-üzə qoyub. Belə ki, prodüser partiya sədrinin əkizləri tənqid etməsinə qarşı çıxıb.
Qeyd edək ki, H.Hacıyev oxu.az-a bildirmişdi ki, sözügedən
əkizləri efirə buraxmaq lazım deyil. Partiya sədri Sevil və
Sevinclə üz-üzə gələcəyi təqdirdə onların üzünə tüpürəcəyini
demişdi:
“Amma onların canlı efirdə milli manatı cırması Azərbaycan
Konstitusiyasını, Azərbaycan xalqını təhqir etmək deməkdir. Onlar o
tərbiyəyə malikdirlər ki, çıxıb canlı efirdə Azərbaycanın milli
manatını cırırlar. O bacıların hələ ki ölkəmiz üçün bir qəpik də
olsun xeyri dəyməyib. Belə şeyləri mən kəskin pisləyirəm”.
Tolik isə “Instagram” səhifəsində Hafiz Hacıyevin fikirlərinə
qarşı çıxaraq, əkizləri müdafiə edib. Hətta Hafiz Hacıyevdən
açıqlama alan jurnalisti təhqir etməkdən belə çəkinməyib:
“Mən sabah vəkilimə deyəcəyəm. Kül bundan müsahibə alan jurnalistin
başına. Onun başı çatmır, sizə nə gəlib, ay savadsızlar”.
Prodüser bununla da kifayətlənməyərək Hafiz Hacıyevlə yanaşı, Vüsal İbrahimli adlı istifadəçini də ağır təhqir edib.
Publika.az məsələ ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin fikirlərini öyrənib. Hafiz Hacıyev prodüserin yazdıqlarına çox sərt reaksiya verərək bunları deyib:
“Mən Azərbaycan cəmiyyətində çox şey, o cümlədən Əli Kərimli kimi insanların böyük dəstəsini, digərlərini görmüşəm. Amma incəsənətdə, mədəniyyətdə Tolik kimi bənzərsiz adam görməmişəm. Toliki gecə saat 9-dan sonra “Azadlıq prospekti” metrosunun yaxınlığında müəyyən adamlarla o vəziyyətdə görəndən sonra deyirəm ki, Allah Əli Kərimlinin evini yıxsın, Azərbaycana bu xəstəliyi haradan gətirdi?! Hər axşam həmin metronun ətrafındakı parkda gəzirəm. Onun həmin biabırçılığını görürəm və ondan sonra Tolikin prodüserlik etdiyi insanlara da mənim yazığım gəlir. Bir dəfə özünüz də vaxt tapın, kamera götürün. Mən hələ Avropa dövlətlərində o cür hərəkətlər görməmişəm. Onların kasetlərinə də, efirlərinə də baxmışam. Çox təəssüf edirəm ki, Azərbaycanda Tolikdi, nədi, belə bir adam var”.
Partiya sədri bildirib ki, hətta bir neçə dəfə bunula bağlı polisə müraciət etmək istəsə də, sonradan fikrindən vaz keçib:
“Biz - bəzi partiya sədrləri hər axşam təmiz havada müzakirələr aparırıq. O vəziyyəti görəndə nifrət etdik ki, bunun qarşısını niyə almırlar? Doğrusu, istədim ki, polis bölməsinə zəng edəm. Sonra fikirləşdim ki, onun prodüseri olduğu xalq artistinə mənim hörmətim var. Əli Kərimlini başa düşürük ki, xəstədir. Bu, ondan onqat artıq xəstədir. Belə xəstə adamın mentalitetlə və digər məsələlərlə bağlı münasibət bildirməsi Azərbaycan xalqını təhqir etməkdir”.
Məsələ ilə bağlı Tolikin də mövqeyini öyrənməyə çalışacağıq.
İntiqam VALEHOĞLU
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO