Tabloid.az
Aşıq Samirədən gözəlləmə - FOTOLAR
Aşıq Samirə daha bir ilkə imza atıb. “Kərəm gözəlləməsi” adlı saz havasını ifa edən aşıq Publika.az-a açıqlama verib:
"Təvazökarlıqdan uzaq səslənməsin, mən əminəm ki, ərsəyə gətirdiyimiz layihə, sözün yaxşı mənasında, səs-küysüz ötüşməyəcək. Bu instrumental saz havasını Etibar Qasımbəyli aranjeman edib. "Kərəm gözəlləməsi"nə çox dolğun klip çəkdirməyi qarşıma məqsəd qoydum. Heç düşünmədən xanımlığına, peşəkarlığına hörmət bəslədiyim rejissor Ülviyyə Könül və onun yaradıcı komandasına müraciət etdim. Çünki Ülviyyə xanımdan yaxşı heç kim bu klipi ekranlaşdıra bilməzdi”.
Qadın gözəlliyini vəsf edən gözəlləmənin klipində xanım gözəlliyi ilə yanaşı, milli-mənəvi dəyərlərimiz də təbliğ olunub: "Klipdə qədim musiqi alətimiz olan saz, dastanlarda yaşayan el havaları, rəqslərimiz, milli geyimlərimiz, xalçalarımız, ən önəmlisi şəhərimizin tarixi və müasir məkanları süjet xəttində əks olunub”.
Klip Dövlət Xalça Muzeyində, Heydər Əliyev mərkəzinin, "Qoşa qala" qapılarının, eləcədə "Qız qalası"nın qarşısında çəkilib:
“Xoreoqraf Nailə Məmmədzadə saz havasına uyğun rəqs qurdu və mən oğlan rəqqaslarla birlikdə kameralar qarşısına keçib rəqs etdim. Bunu bacarmağımın özü də bir yenilikdir. Məlumdur ki, iyun ayında Azərbaycan "Avropa Olimpiya Oyunları"na ev sahibliyi edəcək. İndi bütün diqqət bu mötəbər idman bayramının hazırlıqlarına yönəlib. Çalışdım ki, bu işdə vətəninə bağlı olan sənət adamı kimi az da olsa, mənim də payım olsun. Ümumilikdə ərsəyə gətirilən klipi Azərbaycanı tərənnüm edən tanıtım çarxları sırasına daxil etmək olar. İnanıram ki, şəhərimizin qonaqları bu klipi izləsələr, onlarda ölkəmiz haqqında xoş təəssürat formalaşacaq.
İsa Şükürov
Foto : Ramil Bakirov
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?