Tabloid.az
Qadınları təcavüzdən qoruyan üzük hazırlandı - FOTO
Misirdə qadınlara qarşı təcavüz hallarının artması insanları müxtəlif tədbirlər görməyə sövq edir. Ölkədəki vəziyyətdən narahat olan Lubna Feraqli adlı qadın stilist “təcavüzdən qoruyan üzük” hazırlayıb.
Lubna hazırladığı üzüyün təcavüzlərə qarşı həlledici rol oynamayacağını bildiyini, amma yenə də qadınlara kömək etmək üçün belə bir varianta əl atdığını deyib: “Bu üzük təcavüz problemini həll etməyəcək. Amma üzüyü taxan qadın heç olmasa, kömək istəmək üçün vaxt qazanacaq. Qadınlar bu üzüyün sayəsində təcavüz edənin əlindən xilas olub qaça bilərlər”.
Artıq qadınların özlərini müdafiə etməyə məcbur olduqlarını bildirən stilist üzüyün elektroşok kimi cihazlardan fərqini də izah edib: “Yaratdığım üzük elektroşok kimi cihazlarla müqayisə edilməməlidir. Düzdür, üzük belə cihazlar qədər effektli deyil. Ancaq təcavüz anında özünü müdafiə üçün həmin cihazları çantadan çıxartmaq lazımdır. Çox vaxt isə qadın buna imkan tapmır. Üzüyün üstünlüyü ondadır ki, onu çantadan çıxartmaq lazım gəlmir. Sadəcə təcavüz edənə iki-üç dəfə vurmaq lazımdır”.
Lubna "Facebook”da reklam etdiyi üzüyünə tələbatın çox olduğunu və insanlar tərəfindən bəyənildiyini bildiriblər.
Qeyd edək ki, Misirdəki İnsan Haqları Milli Şurası tərəfindən aparılan araşdırmalara görə, Misir dünyada qadınlara ən çox təcavüz edilən ikinci ölkədir.
Tabloid.az
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO