Tabloid.az
Fevralın 26-da “Dolu” düşəcək-Fotolar
Fevralın 26-da "Xocalıya ədalət!" Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının davamı olaraq Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində ssenarisi yazıçı Aqil Abbasa məxsus "Dolu" filminin təqdimatı və Xocalı soyqırımı zamanı həlak olanların anım mərasimi keçiriləcək.
Publika.az-ın məlumatına görə tədbirdə Azərbaycan
Respublikasının Özbəkistan Respublikasındakı səfiri cənab Hüseyn
Quliyev, azərbaycanlı millət vəkilləri Aqil Abbas, Nizami Cəfərov,
yazıçı Yunus Oğuzun və Özbəkistanın ziyalı ictimaiyyətinin, dövlət
qurumlarının nümayəndələrinin və diplomatların iştiraki
gözlənilir.
Tədbir zamanı Mədəniyyət Mərkəzinin həyətində "Justice for khojaly"
klipi göstəriləcək, şəhidlərin xatirəsinə həsr olunmuş güllərdən
ibarət kompozisiya qurulacaq, soyqırım qurbanlarının xatirəsinə
şamlar yandırılacaq, uşaqlar havaya sülh göyərçinləri uçuracaqlar.
Tədbirə gələnlər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinin "Xocalıya
ədalət" adlı sərgisində nümayiş olunan əsərlər və Heydər Əliyev
Fondu tərəfindən Azərbaycanın Özbəkistandakı Səfirliyinə
göndərilmiş Xocalı soyqırımı haqqında fotoşəkil və nəşrlərlə tanış
olacaqlar.
Daha sonra "Dolu" filmi nümayiş olunacaq.
Cəvahir Səlimqızı
-
Hadisə01:00
Yanğın nəticəsində xəsarət alan var? - İcra başçısı açıqladı
-
Hadisə00:36
"Ağ çiçəyim"də yanğının yayılmasının qarşısı alındı - FOTO/VİDEO/ YENİLƏNDİ
-
Qoroskop00:30
Günün qoroskopu: yaşamınızda yeni intriqa peyda olacaq
-
Nəqliyyat00:20
Yanğınla bağlı daha bir yol bağlandı - YENİLƏNDİ
-
Dünya15 May 23:15
71 yaşlı yazıçı dindirildi: Baş naziri buna görə güllələyibmiş... - VİDEO
-
Magazin115 May 23:03
Vasif Məhərrəmli plastik əməliyyatla üzünü DƏYİŞDİRDİ - FOTO
-
Dünya15 May 21:25
Baş naziri güllələyən yazıçının oğlundan ETİRAF
-
Magazin115 May 20:05
Çingiz Mustafayevin toyu olacaq