Tabloid.az
Sevgililər arasında romantika nə qədər davam edir?
Romantikanın ömrü neçə ildir?
Təzə evlənənlər arasında maraqlı sorğu keçirilib.
Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırma
nəticəsində son illərdə boşanmaların sayının artmasının səbəbi
məlum olub.
Analarımızın və nənələrimizin fədakarlıq edərək hörmət çərçivəsində
50, bəlkə də 60 il qoruduqları şirin romantika demək olar ki, məhv
olub. Bu romantikanı müasir qadınlar maksimum 2-3 ilə qədər qoruyub
saxlaya bilirlər. “Məhəbbətin ömrü 3 ildir” kitabının müəllifi
Frederik Beqbederin iddiası bu halda bir daha öz təsdiqini tapır.
Təəssüflər olsun ki, müasir dövrün tələbləri, çətinlikləri
romantikanın ömrünü qısaldıb.
Evlilik həyatının ilk ilindən sonra kişi arıq qalmaq üçün heç nə
etmir, xarici görkəmi onu qətiyyən maraqlandırmır. Qadınlar isə
ərinin gözündə gözəl görünmək əvəzinə, bütün vaxtını ev işlərinə
xərcləyir. Olan-qalan boş vaxtlarında isə rəfiqələri ilə qeybət
edirlər. Belə bir evlilik isə uzun müddət tab gətirə bilməz.
Günlərin bir günündə göyərçin kimi təmiz saf olan məhəbbət bir anda
yerlə bir olur.
İngiltərədə 5 min cütlük arasında araşdırma aparılıb. Məlum olub
ki, evlilikdən bir il sonra kişilərin 80 faizi həyat yoldaşının
əlindən tutaraq gəzməyi mənasız hesab etdiyi üçün bu vərdişi
tərkidir. Kişilərin 70 faizi evləndikdən sonra paltarlarını evin
harasına gəldi tullayır, rəyi soruşuların 79 faizi isə unitazın
suyunu qaldırmağı belə unudur.
Araşdırmaya görə, qadınların geyindiyi seksual gecə geyimləri bir
ildən sonra şirin, üstündə cizgi film şəkilləri olan pijama ilə
əvəzlənir. 40-50 faizinin isə bir ildən sonra cinsəl münasibətləri
günbəgün azalır. Ən dəhşətlisi isə cütlüklər bir-birinə güzəştə
getmək istəmir.
Psixoloq Sevell romantizmin ömrünü uzatmaq üçün evli cütlüklərə şam
işığında yaxşı vaxt keçirməyi tövsiyə edir. Cütlüklərə bir-birinin
üzərində hakimiyyəti ələ almaq yerinə, güzəştə getmək məsləhət
görülür.
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI