Tabloid.az
Tənbəl xanımlar üçün baxımlı olmağın asan yolları
Qadınların çoxu bütün gün işdə yorulur, sonra da ev işləri ilə məşğul olurlar. Buna görə də özlərinə qulluq etməyə vaxtları olmur. Bəzi qadınlar isə elə anadangəlmə tənbəldirlər.
Ancaq baxımlı olmaq, gözəl görünmək hər qadının haqqıdır. Biz də bunu nəzərə alaraq, həm vaxt azlığından əziyyət çəkən, həm də tənbəllik ucbatından özlərinə qulluq edə bilməyənlər üçün kiçik məsləhətlər verməyi qərara aldıq.
Tabloid.az tənbəl xanımların belə asanlıqla əməl edə biləcəkləri özünə qulluq qaydalarını təqdim edir:
Günəşdən qorunun
Evdən çıxamadan öncə mütləq günəşdən qoruyucu krem çəkin. Ancaq bu kremlər bir neçə saat sonra öz təsirini itirir. Tənbəl xanımların isə gün ərzində yenidən bu kremi çəkməyə imkanları olmaya bilər. Sizə tərkibində “SPF” olan kirşanlardan istifadə etməyi tövsiyə edirik. Beləliklə, həm qüsursuz görüntüyə sahib olacaqsınız, həm də gün ərzində Günəşin mənfi təsirindən qorunacaqsınız.
Dərini təmizləyin
Xüsusilə də yay mövsümündə dərinin ölmüş hüceyrələrdən təmizlənməsi çox önəmlidir. Ancaq üzü təmziləmək, losyonla silmək və qara nöqtər üçün vasitələrdən istifadə etmək çox vaxtınızı ala bilər. Ona görə də siz skrablardan istifadə etsəniz, daha yaxşı olar. Həftədə iki dəfə üzünüzü skrabla yuyun. Bu sadəcə 1 dəqiqənizi alacaq.
Qocalıqla mübarizə aparın
Qocalmağın qarşısını almaq üçün ən yaxşı vasitə antioksidantlardır. Xüsusilə də C vitamini qocalıq əlamətlərinə qarşı təsirlidir. Limon, qreyfurt və portağal kimi bol C vitaminli, həmçinin çiyələk kimi Günəşin zərərli şüasından qoruyan meyvələr sizə kömək edəcək. Maskalardan və kremlərdən istifadə etməyə həvəsiniz yoxdursa, qida rasionunuza dadlı və faydalı meyvə-tərəvəzləri daxil edin. Yay aylarında qazlı içkilər əvəzinə təbii meyvə sularına buz əlavə edərək dadlı sərinliyin dadını çıxarın.
Şişmiş gözaltları
Gözaltı şişkinliklər duzdan həddindən artıq çox istifadə edənlərdə və yuxu rejiminə əməl etməyənlərdə görülür. Bu problemi aradan qaldırmaq üçün yatarkən başınızın altına bir əvəzinə, iki bir yastıq qoyun. Yenə də şişkinlikdən xilas ola bilməsəniz, soyuducudan götürdüyünüz kiçik buzla göz ətrafına 1 dəqiqə ərzində masaj edin.
Solğun dəri
Xüsusilə də, yay aylarında dərini Günəşdən qorumaq önəmlidir. Eyni zamanda, solğun dəri ilə mübarizə aparmaq da lazım gəlir. Ancaq üz baxımı üçün vaxtınız və maddi imkanınız yoxdursa, sizin üçün ən ideal seçim antioksidant tərkibli maska olacaq.
Bu maskalar hazır şəkildə də satılır. Üzünüzə çəkib 10 dəqiqə gözləyin, üzünüzü yuyun və nəmləndirici çəkin.
Nəmsiz dəri
Spirtsiz toniklə dərinizi təmizlədikdən sonra, bu vasitənin dərinizdə az miqdarda qalmasına imkan verin. Dəriniz toniki əmdikdən sonra nəmləndirici krem çəkin.
Tabloid.az
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ