Tabloid.az
Azərbaycanlı prodüserdən 150 min avro istəyən məşhur da bunu etdi - Video
Türkiyənin tanınmış komediya aktyoru Cem Yılmaz hər zaman qeyri-adi hərəkətləri ilə diqqət mərkəzində olub.
Tabloid.az xəbər verir ki, aktyor mərkəzi sinir sisteminin xəstəliyi olan amiptrofik skleroz (ALS) xəstəliyindən əziyyət çəkənlərə dəstək məqsədilə keçirilən kampaniyaya qoşulub. Amma o, flaşmobu özünəməxsus tərzdə edib.
Belə ki, flaşmobun şərtinə əsasən, başına bir vedrə buzlu su tökən şəxs 3 adamı bu hərəkəti təkrarlamağa dəvət edir. Həmin şəxslər başına bir vedrə buzlu su tökmürsə, ALS xəstələrinin vəqfinə 100 dollar verməlidir.
Cem Yılmaz isə masa arxasında əyləşərək, içki üçün nəzərdə tutulan buz qabına su əlavə edib. Daha sonra isə buzlu suyu masada özünün oxşarı olan balaca kuklanın başından aşağı töküb.
Yeri gəlmişkən, bir il öncə Cemin Azərbaycana gələcəyi ilə bağlı mətbuatda xəbərlər yer almışdı. Onun burada “stand-up”ını təşkilatçı Samir Xəttab reallaşdırmaq istəyirdi. Lakin onun çıxışı ertələnmişdi. Buna səbəb isə aktyorun bu günlərdə təqdim etməyə hazırlaşdığı “Pek yakında” filminin çəkilişləri göstərilmişdi.
S.Xəttab Cem Yılmazın Bakı konserti üçün 150 min avro qonorar istədiyini də demişdi.
Qeyd edək ki, “G.O.R.A”, “A.R.O.G”, “Yahşi Batı” və sair filmlərin quruluşçu rejissoru olan Cem Yılmaz, gözəl aktyor olmaqla yanaşı, karikatura rəssamı, dublyaj səsləndirməsi, musiqi ilə də məşğuldur.
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək