Tabloid.az
Oğlan uşaqlarını zorakılığa sövq edən nədir?
Sirr deyil ki, zəmanə uşaqlarının diqqətini nə Sovet dövründə çəkilən «Nu poqodi», nə də Uolt Disneyin istehsal etdiyi cizgi filmləri cəlb edir. Zəmanə uşaqları virtual oyunlara daha çox maraq göstərirlər. Kompüterdə maşın yarışları, supermen, döyüş və hərbi oyunlar oynamaq uşaqların sevimli məşğuliyyətinə çevrilib. Halbuki bu oyunlar zorakılığı uşağın beyninə yeridir.
Hətta 4-5 yaşından uşaqların kompüter arxasında oyun oynamasının şahidi oluruq. Belə oyunların uşaqların psixikasına zərərli təsiri şübhəsizdir. Arqessiyanı, zorakılığı təbliğ edən oyunlar uşağı özündən kiçik uşaqlara qarşı zorakılığa sövq edir. Hərbi, savaş oyunları uşaqların psixologiyasını pozur. Belə oyunlarda tərbiyəvi təsirlər yoxdur, əksinə uşaqlarda mənfi emosiyaları artır.
Oğlanlarda zorakılığı təkcə kompüter oyunları deyil, həm də oyuncaqlar artır. Qızlar həmişə olduğu kimi bəzəkli-düzəkli gəlinciklərə maraq göstərdiyi halda oğlanlar yenə də oyuncaq tanklara, tapanca və silahlara meyillənirlər. Döyüşü, savaşı və hərbi texnikanın təbliğini aparan oyuncaqların çeşidi isə çoxdur. Bu isə oğlan uşaqlarını zorakılığa daha çox sövq edir.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO