Tabloid.az
Çoxdan gözlənilən toyun Fotoları
Hollivudun sevilən cütlüyünün - Ancelina Colinin Bred Pittlə avqustun 23-də Fransada Chateau Miraval malikanəsində evlənməsi haqqında məlumat vermişdik. Amma cütlük gizli keçirdikləri toy mərasiminin fotolarını da gizli saxlayırdılar.
Nəhayət ki, cütlük fotolarını dünya mətbuatı ilə paylaşıblar. Belə ki, Ancelina və Bredin toy fotoları "People" və "Hello!" jurnallarında dərc olunub.
Mətbu orqanların yazdığına görə, Ancelinanın gəlinlik libasının müəllifi elə onun özüdür. Çoxlarının da güman etdiyi kimi aktrisa "Versace" moda evinin gəlinliyini geyinməyib. Gəlinliyi onun sifarişi və ideyası ilə dərzi Luici Massi tikib.
"Luici ailəmizin bir üzvüdür və belə bir özəl gündə gəlinliyimi başqasına etibar edə bilməzdim" - deyə, Coli bildirib.
Gəlinin fatası üzərində isə övladları Meddoks, Peks, Zahara, Şaylo, Vivyen və Noks çalışıblar. Yeni evlənənlər etiraf ediblər ki, mərasimin təşkilinə elə də ciddi yanaşmayıblar. “Bizim üçün vacib idi ki, bu gün gülüşlə dolu olan rahat gün olsun. Bu bizim uşaqlar və qohumlarla bölüşmək istədiyimiz xüsusi bir gün idi”.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ