Tabloid.az
Estetik burun əməliyyatı haqqında bilmək istədiyiniz hər şey
Dünyada qadınlar ən çox burun və döş əməliyyatı etdirirlər. Burun əməliyyatı bizim xanımlar arasında da dəbdədir. Qadınlar burnunun özünə yaraşmadığını düşünərək və burun daxili funksiyalarda çatışmazlıq hiss edənlər estetik əməliyyatına ehtiyac duyurlar.
Estetik əməliyyatlarda burun əməliyyatının xüsusi rolu var. Bunun əsas səbəbi burunun üzün xarakterini təyin edən əhəmiyyətli orqan olmasıdır. Çünki burun əməliyyatlarında üz vacib nöqtələrdən biridir. Üzə lazım olan dəyişikliklərə qərar verildikdə bunu mütləq həkimlə məsləhətləşmək lazımdır. Bu səbəbdən plastik cərrahiyyə haqqında əvvəlcədən məlumat toplamaq çox əhəmiyyətlidir.
Hər bir insanın üzü fərqli olduğu üçün tam uyğunlaşma olmaya bilər. Ona görə də burun əməliyyatı etdirərkən plastik cərrah seçimi xüsusi rol oynayır.
Bu məsələdə həkimin təcrübəsi və biliyi çox əhəmiyyətlidir. Gözəl bir üz və təbəssüm üçün bütün ən xırda detallara belə fikir vermək lazımdır.
Estetik cərrah haqqındakı ən səmimi və dürüst məlumatları həkimin xəstələrindən almaq olar. Bunun üçün həkim qəbuluna ən izdihamlı saatlarda gedin. Mümkün olsa, xəstələrlə danışın. Onlarla söhbət edib müvafiq məlumatlar əldə edin.
Həkim haqqında nələr düşündüyünü onlardan soruşun. Burunları ilə maraqlanın. Burunlarını canlı görmək, fotoşəkildən daha çox məlumat verir. Əməliyyat keçirmiş müddətdə xəstəyə qarşı necə davrandığını və məmnun olduğunu, yoxsa narazı qaldığını soruşun. Gördüyü işlər və məlumatlarla tanış olmaq sizlərə həkim haqqında yetərli təsəvvürlər yaradacaq. Həkimin təcrübəsi və biliyi çox əhəmiyyətlidir. Ancaq ünsiyyət də bir o qədər əhəmiyyətli sayılır.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı