Milan moda həftəsindən heyranedici kolleksiya - Fotolar
Bizi izləyin

Tabloid.az

Milan moda həftəsindən heyranedici kolleksiya - Fotolar

Milan moda həftəsindən heyranedici kolleksiya

Bəzən dizaynerlər həmkarlarının inanılmaz ruh yüksəkliyinə səbəb olan açıq-aşkar trendlərə məhəl qoymurlar. Belə ki, "Salvatore Ferragamo" 70-cı illərin dəbinə qayıtmaq haqqında xəyallar qurmayıb və bir qədər daha uzaq illərə - 1940-cı illərdə baş çəkib. "Salvatore Ferragamo"-nun kreativ direktoru Massimiliano Cornetti yeni mövsümdə əvvəlki kimi qadın və kişi geyim tərzində eksperimentlər etməməyə qərar verib. Və 1940-cı illərin hollivudsayağı qadın zərifliyini vurğulayan modellər hazırlayıb.

"Salvatore Ferragamo" moda evinin müştəriləri arasında uzun müddət Hollivudun ən tanınmış ulduzları olublar. Buna görə də, dizaynerin qarşısında böyük fantaziyalar üçün geniş meydan açılır.

Dizə qədər uzanan yubkalar, jaketlər bir sözlə gündəlik geyimlər gözəl olsa da, gecə geyimləri daha çox diqqət cəlb edirlər. Şüşə muncuqlar, zərlər, metal saplardan tikmə və işləmələr, həmçinin digər bəzəklərlə örtülmüş cah-calallı parçalardan gözləri çəkmək birmənalı olaraq mümkün deyil. Elə ilk baxışdan bu işləmələrin və naxışların kimə məxsus olduğunu müəyyən etmək çətindir.

Bu animalistik printlərin ilk baxışda art-versiyanı xatırlatsa da, sonradan abstraksionizm ruhunda improvizasiyasını xatırladır. Tabloid.az yeni kolleksiyanın fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm