Tabloid.az
Sizi hər yerdə arıqladan çox asan məşqlər - Fotolar
Arıqlamaq üçün təkcə idman zallarına getməyinizə ehtiyac yoxdur! Ciddi iş rejimi olan şəxslərin bəzən gündəlik məşqlər etməyə vaxtı olmur, idmana getmək çətin olur. Tabloid.az ciddi iş rejimi olan insanları nəzərə alaraq istədiyiniz zaman, istədiyiniz yerdə edə biləcəyiniz məşqləri toplayıb. Bu məşqlər sizi formada saxlamağa kömək edəcək, arıqlamaq istəyənləri isə artıq çəkidən azad edəcək.
Fitness zalına getməyə vaxtı olmayanlar üçün bu sürətli məşqlər çox idealdır!
Rəqs
Xüsusilə səhər qalxdıqda musiqi ilə oyanmaq və hazırlanmadan öncə bir az hərəkət etmək həm qan dövranını tənzimləyir, həm adrenalini artırır, həm də fit qalmağınızı təmin edir. Günə başlamaq üçün ən yaxşı məşqdir!
Tullanmaq
Bədəninizin alt və üst tərəfini eyni anda işlədərək sizi əyləndirəcək bir məşqdir! Yeməyinizin hazır olmasını, yaxud isti olmasını gözləyərkən, duşa girməzdən, yatmazdan əvvəl istədiyiniz zaman təkrar edə bilərsiniz.
Çömbəlmək
Vaxt itirmədən məşq etmək üçün ən yaxşı variant, saç qurudarkən çömbəlmək hərəkətini yerinə yetirməkdir! Əlbəttə ki, lakın qurumasını və ya kompüterinizin açılmasını gözləyəndə etmək sizin ancaq xeyrinizə olardı.
Ayaqlara dəymək
Oturaraq, uzanaraq, ayaqda istədiyiniz kimi edə biləcəyiniz məşqdir! Elə buna görə də, istər yatağınızda, istər kresloda oturan zaman, istəsəniz də iş yerinizdə oturduğunuz yerdən bu məşqi tez-tez təkrar edin.
Reklam aralarını qiymətləndirin
Adi məşqlərin hamısı reklam aralarında edilə bilər. Tez-tez televiziya seyr edən və xanımların seriallardan daha çox asılı olduğunu etiraf etsək, hər reklam arasında edəcəyiniz kiçik məşqlərin sizə nə qədər böyük fayda verəcəyini özünüz təxmin edin.
Döş hərəkəti
Ətrafınızda bir masa və ya stul olduğu müddətdə bu hərəkəti hər yerdə etmək mümkündür. Çox daha faydalı olan bu hərəkətlə gözəl sinə və qol əzələlərinə sahib olacaqsınız.
Masa və ya kreslonun kənarına yapışın və ayaqlarınızı uzadın, qollarınız düz bir şəkildə ombanızı masanın üst tərəfinə doğru qaldırın, dərin nəfəs alın və dirsəklərinizi bükərək, aşağı doğru hərəkət edin.
Yatmazdan əvvəl
Yuxuya getməzdən əvvəl bir neçə dəfə jim etmək həm yaxşı məşqdir, həm də daha rahat yuxuya getməyinizi təmin edir.
Lifti unudun
Lift yerinə pilləkəndən istifadə etmək sizə məşq kimi görünməsə də, gündə bir neçə dəfə enib qalxmaq xeyli kalori itirməyinizə gətirib çıxarır.
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO