Tabloid.az
Azərbaycanda "Atropatena" şousu - Fotolar
"Addım" Gənclər Təşkilatının təşkilatçılığı ilə Norveçdə yaşayan azərbaycanlı modelyer Şervin Nəcəfpurun Bakıda "Atropatena Fashion Night" adlı moda nümayişi baş tutub.
Tabloid.az xəbər verir ki, gecədə modelyerın eksklüziv olaraq Bakı dəfiləsi üçün hazırladığı klassik və milli elementlərlə zəngin 30-a yaxln geyimi nümayiş olunub. Geyimləri tanınmış modaçı Lyubov Qutorovanın rəhbərlik etdiyi "FMS" model agentliyinin modelləri nümayiş etdiriblər.
Gecəni giriş sözü ilə "Addım" Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə gənc modelyerın yaradıcılıq işlərindən və vətənpərvərliyindən danışıb. Daha sonra sonra Norveç Krallığının Bakıdakı konsulu Şerstin Agneta Valberq çıxış edərək layihə ilə bağlı müsbət fikirlərini bildirib.
Şervin Nəcəfpurun "Atropatena" sərgisi 20 dəqiqə ərzində davam edib və qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Gecədə ölkəmizi "Eurovision" mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımova musiqi proqramı ilə çıxış edib.
Aşağıdakı fotoları gənc fotoqraf Yusif Novruzzadə çəkib.
Qeyd edək ki bundan öncə Avropa ölkələri və Türkiyədə müxtəlif moda dəfilələrində iştirak edən 24 yaşlı Şervin Nəcəfpurun Aərbaycanda ilk moda gecəsi idi.
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi