Tabloid.az
Azərbaycanlı müğənni sevgilisi ilə İstanbulda - Fotolar
Son bir ay ərzində iki klipini təqdim edən müğənni-teleaparıcı Vüsalə Rəcəbova Yeni ilə qədər repertuarını bəstəkar və xalq mahnıları ilə təzələyəcək. Hazırda isə sənətçi İstanbulda dincəlir.
Tabloid.az xəbər verir ki, iki həftə öncə böyük çəkiliş heyəti ilə İstanbula gedib, Kənan MM-ə klip çəkdirən müğənni, bu dəfə həmin şəhəri ailəsi ilə istirahət etmək üçün seçib. Vüsalə xanımın son iki klipində tərəf müqabili olan Qafur bəy sənətçiyə sevgi etirafından sonra onun yaradıcılıq və şəxsi işlərində yanında olacağına söz verib. Bu səfərə müğənni anası, oğlu və Qafur bəylə yollanıb:
“Klip çəkilişi zamanı İstanbulu gəzməyə vaxtımız olmadı. Çəkiliş prosesi gərgin keçdi. Bir-birinin ardınca yeniliklər təqdim etdim. Bu həftəni özümüzə ayırıb, dincəlməyə qərar verdik. Qafur bəyin münasibəti ciddidir. Onun münasibətinə qarşılıq göstərirəm. Hələlik bir-birimizi daha yaxşı tanımağa çalışırıq. Ailəmə qarşı səmimidir”.
Yeni ilə yeni repertuarla hazırlaşan sənətçi bu siyahıya duetlərin də daxil ediləcəyindən xəbər verdi.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO