Tabloid.az
Bakıda möhtəşəm şou - Fotolar
“Bakı-2015” ilk Avropa Oyunlarının başlamasına 200 gün qalması münasibətilə noyabrın 26-da paytaxtda möhtəşəm şou təşkil edilib.
Tabloid.az “AzərTAc”-a istinadən xəbər verir ki, axşam saatlarında İçərişəhərdə keçirilən tədbirdə lazer effektləri ilə Qız qalasının üzərində “Bakı-2015”in loqosu, rəsmi rəmzləri – ceyran və nar, eləcə də oyunlarla bağlı videoçarx nümayiş olunub. Videoçarxda ilk Avropa Oyunlarının proqramına daxil olan idman növləri ilə bağlı görüntülər yer alıb.
“Bakı-2015” Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna jurnalistlərə açıqlamasında bildirib: “İlk Avropa Oyunlarının başlanmasına 200 gün qalması münasibətilə bu möhtəşəm idman tədbirinin rəmzlərini təqdim edirik. Oyunların açılış mərasiminin başlamasına qalan günlərin geri sayımı davam etdikcə belə tədbirlər də müntəzəm keçiriləcək”.
Ç.Viceratna diqqətə çatdırıb ki, biz bugünkü tədbirlə 2015-ci ildə keçiriləcək Avropa Oyunlarını və gözəl memarlıq abidələri ilə zəngin olan Bakını Qız qalasının timsalında bütün dünyaya nümayiş etdirmək istəyirik. O, gələn il keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işlərinin sürətlə aparıldığını bildirib.
İlk Avropa Oyunlarının rəsmi rəmzlərinin - ceyran və narın hazırlanmasında “Bakı-2015”in, həmçinin xaricdən cəlb olunmuş dizaynerlərin iştirak etdiklərini vurğulayan Ç.Viceratna bu rəmzlərin böyük maraqla qarşılandığını vurğulayıb.
Möhtəşəm şou paytaxt sakinlərinin və qonaqların marağına səbəb olub.
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO