Tabloid.az
Gənc müğənni “Peşmanam” “ dedi – Fotolar, Video
Ötən gün Azərbaycanın və Dağıstanın xalq artisti, bəstəkar Elza İbrahimovanın sonuncu bəstələrindən olan mahnısına çəkilən klipin təqdimatı olub. Müğənni Həcər Əliyevanın ifa etdiyi və eyniadlı mahnıya çəkdirdiyi klip izləyənlərin böyük marağına səbəb olub. Tabloid .az-ın məlumatına görə, sözləri Vahid Əzizə, musiqisi Elza İbrahimovaya məxsus olan “Peşmanam” mahnısına çəkilən klipin süjet xətti diqqət çəkib. Belə ki, klipdə hadisələr Böyük Vətən müharibəsi illərini əhatə edir. Tamaşaçıya nostalji hisslər bəxş edən klip iki gəncin sevgi münasibətlərini özündə əks etdirir.
KİV nümayəndələri ilə yanaşı, şou-biznesin tanınmış simalarının da iştirak etdiyi tədbirdə, klip təqdim olunmazdan əvvəl qonaqlar çıxış ediblər.
Aktyor Elnur Kərimovun aparıcı olduğu tədbirdə Həcərə hər zaman dəstək olan xalq artisti Faiq Ağayev və şair Vahid Əziz səbəbkarın ünvanına xoş sözlər deyiblər. Ümumiyyətlə, aparıcı tədbirdə iştirak edən qonaqların hər birinə söz verib və onların fikrini öyrənməyə çalışıb. Hər bir şəxs də birmənalı olaraq yaradıcılıq işinin keyfiyyətindən əmin olacaqları bildiriblər.
Nəhayət müğənninin prodüseri Humay Muxtarovanın təşkilatçılığı ilə gerçəkləşən tədbirdə klip nümayiş olunub və səs-küylü alqışlarla qarşılanıb.
Qeyd edək ki, klipin rejissoru Elnur Əliyev, operatoru Asif Şirəliyev, quruluşçu və geyim üzrə rəssamı Mehriban Əfəndiyevadır. Yaxın günlərdə tam versiyası təqdim olunacaq klipdən qısa fraqmenti təqdim edirik.
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO