Tabloid.az
“Pisimizi gözə soxub ucuzlaşmayaq”
Xaricdən maliyyələşən reytinq şirkətləri Azərbaycanda telekanalları cəhalətə xidmət etməyə məcbur edirlər. Tabloid.az xəbər verir ki, bu fikrin müəllifi olan teleaparıcı Murad Arif reytinq şirkətlərini mənasız verilişlərə meydan açmaqda qınayıb. Reytinq ölçən cihazların əhatə dairəsinin məhdud olduğunu vurğulayan teleaparıcı onların nəticələrini və şirkətlərin məqsədini də şübhə altına alıb:
“Reytinq şirkətləri, əsasən, estetik zövq və maarifləndirmə aşılamayan verilişlərin yüksək reytinq qazandığını göstərir. Bu da telekanalları məhz həmin tipli proqramlara üstünlük verməyə məcbur edir. Nəticədə cəmiyyət günü-gündən cahilləşir. Bir çox istedad efirdən, daha sonra ölkədən uzaq düşür. Deməli, baxımlı veriliş boş veriliş deməkdir. Reytinq hesablayan şirkətlər xaricdən maliyyələşir. Sizcə məqsəd nədir? “İnstaqram”da 25 min, “facebookda” 15 min izləyicim var. Sual verirəm: kimin evinə o reytinq hesablayan cihaz qoyulub? Bir məsələni nəzərə alın ki, reytinq ölçən cihazlar kabel televiziyalarını və peyk antenalarını ölçə bilmir. Gəlin görək, bu gün kim ev antenası ilə baxır. Məgər hər kəs KatTV, BBTV, Ailə TV və ya peyklə baxmırmı?”
Murad Arifin sözlərinə qüvvət verən Röya Ayxan isə telekanalları hədəf seçib. Müğənni Azərbaycan telekanallarının təqdim etdiyi verilişlərin pessimist ruhda olmasından şikayətlidir. O, ana və vətəndaş mövqeyindən çıxış edərək bunların bildirib:
“Səhər başlayan ağlaşma gecəyədək davam edir. Ay başınıza dönüm, bu ölkənin yaxşı günü, yaxşı insanı yoxdur? Bütün verilişlərdə namərd övladdan, xəstə uşaqdan, atılmışlardan danışır. Bu, evimizdə böyüyən uşağa da ziyandır. Dövləti çarəsiz göstəririk!!! Hər ölkənin problemi var. Başqa ölkələrdə hər telekanalda uzağı 1 belə proqram təşkil olunur. Bizdə isə hansı kanalı açirsan, hamı ağlayır. Unutmayaq ki, Azərbaycan gözəl ailələrin, gözəl övladların və namuslu yaşayanların yurdudur!!! Pisimizi gözə soxub ucuzlaşmayaq, arada bir bu xalqa maraqlı və könülaçan proqramlar da hazırlayın ki, biz də musiqi və zarafatlarımızla hamının problemini unutduraq”.
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO