Tabloid.az
Aparıcı kitab yazdı - Fotolar
Televiziya aparıcısı, DJ “Mücahidin yolu” kitabının müəllifi Cavid Osmanov həftə sonu kitabının imza gününü keçirib. Şəhərin kitab satışı ilə məşğul olan məkanlarından birində təşkil olunan mərasimə oxucularla yanaşı, müəllifin həyat yoldaşı, tanınmış aparıcı Zəhra Osmanova (ANS TV-də “Ağıl dəryası” verilişinin keçmiş aparıcısı - red) qızı ilə gələrək öz dəstəyini nümayiş etdirib.
Bundan başqa, oxucularla yanaşı, müəllifə dəstək üçün onun bir sıra tanınmış dostları da imza günündə iştirak ediblər.
Tabloid.az-a açıqlama verən müəllif imza gününün oxucularla müəllif arasında olan sərhəddin aradan qaldırılmasına kömək olduğunu bildirərək:
“Mən hesab edirəm ki, insan gərək özünə həmişə etdikləri hərəkətlərin hesabatını versin. 2014-ü ilin martında kitabım işıq üzü gördü. Bu, mənim müəllifi olduğum ilk kitabım idi. İl bitir və bu il etdiklərimin hesabatını vermək lazımdır. İmza günüm mənim hesabatımdır. Mən özümlə dəqiq, vicdanlı və qərəzsiz olmağa çalışıram. Həyatda da, işdə də. Oxucular var ki, artıq kitabı oxuyub və təəssüratlarını müəllifə bildirmək istəyir. Bu, həmin oxucular üçün də əla şansdır. Həm də çalışmaq lazımdır ki, Azərbaycan gəncliyi kitaba meylli olsun. Düşünürəm ki, hər bir müəllif oxucuları ilə imza günü təşkil etməlidir”.
Tabloid.az imza günündən fotoları təqdim edir.
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA