Tabloid.az
Səidə Sultan: “Özümü satılmış kimi hiss edirəm”– Fotolar
Yerli şou-biznesdə açıq sözlü, sözü üzə deyən cəsarətli müğənnilər azdır. Belə cəsarətli müğənniləri isə həmkarları demək olar ki, sevmirlər. Necə deyərlər, düz danışanı 7 kənddən qovarlar. Müsahibim Səidə Sultanı hələ şou-biznesdən qovmağa gücü çatan olmasa da, söhbət əsnasında bəlli oldu ki, heç o özü, ömrünün sonunadək bu sahədə qalmaq arzusunda deyil... Bu haqda daha ətraflı tabloid.az-ın müsahibəsində tanış olacaqsınız.
- Yeni ili harada, kiminlə və necə qeyd edəcəksiniz ?
- Təbii ki, işdə. Hamletlə keçircəyəm (müğənninin prodüseri- red.) (gülür) İşdən sonra isə doğmalarımla evdə olacağam. Hamı yatandan sonra evə gələcəyəm.
- Səidə xanım, səhnəyə gəlişiniz səs-küylü oldu. Son zamanlar əksinə, yaman səssizsiniz. Bunun səbəbi nədir?
- Birincisi musiqiçi üçün əsas odur ki, gözəl musiqi seçməyi bacarsın. Bu zaman insanlar onu sevir. Bu isə hər müğənniyə xas olan xüsusiyyət deyil. Elə müğənnilər var ki, illərdir oxuyurlar, amma heç bir mahnısı yadda qalmayıb. Özü ad olaraq yaddadır. Allaha şükür ki, musiqi seçmək baxımından zövqüm çox yaxşıdır. İfa etdiyim mahnı kimisə ağlada və ya oynada bilirsə, bu artıq yaxşı mahnıdır. Hər zaman yorğanıma görə ayağımı uzatmışam. Varımdırsa etmişəm, yoxumdursa etməmişəm. Fikirləşməmişəm ki, gedim sponsor tapım, kimisə tapım ki, bir işimi görsün. Heç vaxt bunu etməmişəm. Kiminləsə ayaqlaşmaq üçün rəqabət aparmıram. Öz işimi öz gücümlə edirəm. Fikirləşmirəm ki, filankəs getdi qabağa amma mən qaldım.
- Əslində sağlam rəqabətin aparılması müsbət addımdır. Rəqabətin olmadığı yerdə inkişaf da zəifləyir. Rəqabətin iştirakçısı olmamağınız sənətinizin ləngiməsinə səbəb olur?
- Bəlkə də… Qonşudan qalma dala misalını sevmirəm. Bəziləri borc-xərclə hər şey alırlar. Onu zamanında anlamırlar. Gec olanda bunun səhv addım olduğunu dərk edirlər. Əvvəllər sənətə daha çox marağım var idi. Hər şey saf idi. İndiki zamanda yolkəsənlər və pislik edənlər çoxdur. Hətta öz dostundan belə pis addım görürsən. Bu da marağı azaldır. Adamı pis tərəfdən nümayiş etdirib, vurmağa, baltalamağa can atırlar. Belə şeylər məni küsdürür. Səmimi olursan bunu da pis qəbul edirlər. Məni olduğum kimi qəbul etmək lazımdır. Ona görə də ürəyim istəyəndə oxuyuram, istəməyəndə isə kənara çəkilirəm.
- Kimlər pislik edirlər?
- Həqiqət hər zaman qalıb gəlir. İndiki dövrdə həqiqəti deyəndə ya səni əsəbi kimi qələmə verirlər, ya da dəli… Mən emosional adamam. Həqiqəti deyirəmsə, mənim pis tərəfdən tanıtmağa çalışırlar. Mən bu gün kütləni arxamca apara biləcək bir insanam. Bu bacarıq var məndə. Emosional olduğumdan sənət dostlarım məni digərlərinə çox pis insan kimi tanıdırlar. Hətta bu yaxınlar bir hadisənin şahidi olmuşam. Müğənnilərdən biri təşkilatçıya məni də məclislərə dəvət etməyi təklif edib. Ona məni o qədər pis birisi kimi tanıdıblar ki, adımı belə eşitmək istəməyib. Əgər bir yerə gedib uğur qazanacaqsansa, dəstək olmaq əvəzinə vururlar. Məndə potensialı görürlər və qarşımı kəsirlər. Düzdür bəzi məqamlarda emosional olsam da, səbir etməyi də sevən insanam. Mən bilirəm ki, zaman gələcək və mən istədiyim yerə çatacağam. Məsələn, Elnur Hüseynov neçə ildir oxuyur. “Eurovision” müsabiqəsinə kimi getdi. Bununla da onun bütün yollarını kəsdilər. Onu heç yada salan olmurdu. Amma indi hamı Elnur deyir. Bu yolu onun üçün Allah acdı. Mən də zamanımı gözləyirəm.
Çox vaxt da küsürəm… Amma sonradan fikirləşirəm ki, mən artıq seçmişəm bu sənəti. Geri çəkilmək gecdir. Hələ ki, öz yerimdəyəm. Arzuma çatım, mənə yetər. Ölənədək müğənni olmaq arzum yoxdur.
- Azərbaycanda müğənni ilə ailə qurmağa pis baxırlar. Hətta bu yaxınlarda Elnarə Abdullayeva müğənni gəlin almaram deyə fikir də bildirdi. Sizcə belə fikrin yaranmasınnın səbəbi nədir?
- Mən Elnarə xanımın səsini və sənətini çox sevirəm. Hər peşənin yaxşısı da var, pisi də var. Eləcə də müğənnilərin, həkimlərin, müəllimlərin… Mən sözün düzünü dediyimə görə məni dəli kimi təqdim edirlər. Mən müəyyən mənada onunla razıyam. Amma çox istəyərəm müğənnilər həmrəy olsunlar. Azərbaycan şou biznesi 2000-ci illərdə çox gözəl idi. Müğənniyə hörmət var idi, analar özləri aparırdı qızlarını müğənniliyə. Heç kəs pis gözlə baxmırdı. Bir dönəm gəldi ki, şou biznesdə hər şeyi açıb ağartdılar. Şou proqramlar hazırlayan bir prodakşn şirkət müğənnilərin ancaq pis tərəfini nümayiş etdirməyə başladı. Müğənniləri vurmağa başladılar. Müğənnini efirə çıxardıb sponsor söhbətini dəbə saldılar. Dedilər ki, sponsor yalan söhbətdir, hamısı müğənnilərlə yaşayır. Bütün bunları açıb ağartdılar. Bundan sonra müğənniyə qarşı hörmətsizlik yarandı. Bu olanlar gizli qalmalı idi. Bunu yaymaq olmazdı. Bütün bunlardan sonra müğənniyə maraq da öldü, hörmət də. Amma demək olmaz ki, bütün müğənni qızlar və oğlanlar pisdirlər.
Mən bu gün ailəmi sənətimdən üstün tutaram. Əgər həyat yoldaşım desə ki, Səidə oxuma, mən oxumaram. Mən ona necə lazımdırsa, xanımlıq edərəm. Mən bunu ailəmdən görmüşəm. Elə ən yaxşı həyat yoldaşı müğənnidən olur. Onlar həyatın hər cür çətinliyini gördüklərindən, ailəyə daha çox meylli olurlar.
Qanında tərbiyəsizlik olan isə ərə getsə də, getməsə də elə pis əməlindən geri qalmayacaq. Bu, tək müğənniyə aid deyil. Qanında tərbiyəsizlik olan istənilən peşə sahibi ərini aldadacaq.
- Səidə xanım, toy xəbərinizin yayılması isə səngiməsi bir oldu. Nə baş verib?
- Elə mən də bu sualı özümə verirəm (gülür). Toyum qlobal problemə çevrilib. Sevincə düşüb hər şeyi açıqlayıram. Camaat altdan-altdan iş görürlər. Mən isə hər şeyi açıqlayıram. Bu, yaxşı xasiyyət deyil. Çünki mənfi enerjini üzərimə yığıram. İndi şükür Allaha hər şey qaydasındadır. Bircə o tarıxı gözləyirəm. Bu baş verəndə üzüyü barmağıma taxacağam və hər kəsə xoş xəbərimi verəcəyəm.
- Son zamanlar sənətinizə çox diqqət ayırmırsınız. Deyəsən, əksər həmkarlarınızdan fərqli olaraq klip çəkdirib, konsert verməklə aranız yoxdur?
- Çox istərdim solo konsertim olsun. Bu, mənim arzumdur. Bilirəm ki, bunu gözləyən insanlar da var. Sadəcə o məbləğ, o imkan yoxdur əlimdə. Sponsorlar olmalıdır.
Mahnıya gəldikdə isə ürəyimə yatan mahnı yoxdur. Saysız mahnılar dinləyirəm. Hansısa işin xətrinə oxuya bilmərəm. Bəzi iş adamları özləri mahnını yazır, aranjeman edir, öz reklamları üçün müğənniyə klip də çəkdirirlər. Bu, müğənni üçün göydən düşmə işdir. Mən dinləyirəm amma özümü mahnıda görmürəmsə, onu ifa edə bilmirəm. Mənə elə gəlir ki, özümü satıram, səsimi satıram. Klipim olsun deyə mən özümü sata bilmərəm. Həmin iş adamlarının insanlığına pis söz deyə bilmərəm. Çox gözəl insanlardır. Amma yazmaq baxımından axı bu peşəkarlıq deyil. Amma baxıram ki, xalq artistləri, əməkdar artistlər pulun xətrinə, nəyinsə xətrinə belə mahnılar oxuyurlar. Mən bunu edə bilmirəm. Özümü satılmış kimi hiss edirəm.
- Bəzi müğənnilərimiz adı-sanı olmayan türkiyəli müğənni və ya musiqiçilərlə mahnı oxuyub, onu çox böyük bir iş kimi təqdim edirlər. Buna münasibətiniz necədir?
- Buna normal yanaşıram. Bu, ancaq Azərbaycan üçündür. Bu xəbərlər qırağa çıxmır və kənar üçün maraqlı da deyil.
- Siz xarici müğənni ilə işbirliyinə imza atasınız?
- Özcan Denizlə duet oxumaq istəyərdim. Dayıma oxşayır deyə, onu çox sevirəm. İndi bunu da müğənnilər eşidib, məndən qabağa düşüb onunla konsert verəcəklər və ya duet oxuyacaqlar. Özcanın “Kal de” mahnısını özümlə duet şəklində görürəm. Özcan Deniz nə qədər Bakıya gəlibsə, bütün konsertlərində ön sırada oturub onu izləmişəm. Ona qarşı doğmalıq hiss edirəm. Amma bunu fanatlıq adlandırmaq olmaz.
-
Kriminal09:00
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar - YENİLƏNDİ
-
İKT08:36
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz
-
Magazin106:46
Gülay Naziləyə 1000 manat verdi - VİDEO
-
İdman05:45
Neymar bu adanı alır: görün nələr var - FOTOLAR
-
Hadisə03:23
Lənkərandan ACI XƏBƏR: ölən və xəsarət alanlar var - FOTO
-
Magazin202:12
“Miss Russia 2024” müsabiqəsinin qalibi bəlli oldu
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ