Tabloid.az
Lalə qızının üzünü göstərdi - Fotolar
Sosial şəbəkələr sıravi vətəndaşlar kimi, artıq məşhur simaların da həyatlarının ayrılmaz tərkib hissəsidir. Onlar da həyatlarının ən əlamətdar günlərini milyonlarla insana çatdırmaq üçün bu şəbəkələrdən istifadə edirlər.
Ötən il ikinci dəfə qız anası olan əməkdar artist Lalə Məmmədova bu gün 1 yaşına qədəm qoyan qızı Çinarəni ilk olaraq sosial şəbəkədə təbrik edərək, arzularını da elə orada qeyd edib.
“3 yanvar 2014-cü il... Ömür səhifəmə Nərgizdən sonra (müğənninin birinci qızı) parlaq 1 yazı oldun sən, qızım Çinarə! Sən həyatımın ən çətin dönəmində dünyaya gəlib, məni də bu qaranlıqdan özünlə bərabər çıxartdın. Əziz balam, artıq 1 yaşına qədəm qoydun. Xalqına, el-obana, Vətəninə, adət-ənənənə sadiq, xeyirli övlad ol! Ad günün mübarək! Çinarlar çiçək açmır, qızım. Sən qəribə çiçəksən...”
Xatırladaq ki, müğənni ötən ilin məhz bu günü Bakıdakı 2 saylı doğum evində ikinci dəfə ana olub.
Qeyd edək ki, müğənni indiyədək ikinci qızı Çinarənin şəkli heç bir kütləvi informasiya vasitələrində dərc olunmayıb.
Tabloid.az-a eksklüziv açıqlama verən əməkdar artist bildirib ki, qızı Çinarənin ilk doğum gününü restoranlardan birində yaxın qohumlarının və sənət dostlarının əhatəsində qeyd edəcək.
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü