Tabloid.az
Epilepsiya tutması keçirən şəxsə necə yardım etməli?
Əhali arasında daha çox ”Dil qatlanması”, “Qıcolma” kimi tanınan epilepsiya əksər hallarda cəngolma tutmaları və düşüncənin itməsi ilə müşahidə olunan xəstəlikdir. Tutma zamanı şəxsin hərəkətləri qeyri – iradi olduğundan ətrafındakı əşyalara toxunma riski artır.
Epilepsiya tutması keçirən şəxsə necə yardım etməli?
Xəstəni hərəkət etdirmədən ətrafdakı əşyaları götürmək və araya
yumşaq paltarlar qoyaraq yaralanmasının qarşısını almaq lazımdır.
Tutma zamanı tez-tez təkrarlanan səhvlərdən biri də xəstənin ağzını
açmaq və dilinin geri qatlanmasının qarşısını almağa çalışmaqdır.
Belə ki, xəstənin ağzına qaşıq və bu kimi bənzər əşyaları salmaq
qətiyyən olmaz. Bu gərəksiz davranışdır və tutmanın keçməsinə heç
bir köməyi yoxdur. Epilepsiya tutması zamanı göstərə biləcəyimiz
tək yardım maksimum soyuqqanlı olmaq və xəstənin başını tutaraq
çiyni üzərində saxlamağa çalışmaqdır. Əksər hallarda tutma 5-10
dəqiqə davam edir və öz-özünə keçib gedir.
Tutmadan sonra şəxs özünü yorğun və yuxulu hiss edə bilər.
Əgər tutma yenidən təkrarlanarsa yaxud tutmanın müddəti 10 dəqiqədən cox davam edərsə mütləq təcili yardım xidmətinə müraciət etmək lazımdır.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO