Tabloid.az
Qastrit nə vaxt mədə xərçənginə çevrilir?
Mədədə ağrı, şişkinlik, köp, qaz, aclıq hissi və tez-tez yemək istəyi ilə özünü büruzə verən qastrit xəstəliyi müalicə edilmədikdə xroniki hala keçir. Bu isə bir müddət sonra mədə xərçənginə çevrilə bilir. Bəs qastrit kimlərdə daha çox müşahidə edilir və xərçəngə çevrilmədən öncə hansı tədbirləri almaq lazımdır?
Qastritin əsas səbəbləri spirtli içkilər, siqaret, uzun müddət güclü dərmanlardan istifadə etmək və "helikobakter pilori" adlı bakteriyadır.
Türkiyənin tanınmış həkimlərindən bibi, Memorial Ankara Xəstəxanası Gastroenteroloji mütəxəssisisi Zülfikar Polad xroniki qastritin səbəbləri və müalicə üsulları ilə bağlı maraqlı məlumat verib. Tabloid.az Türkiyə mətbuatına istinadən həmin məlumatı təqdim edir:
Qastrit immun sistemi zəif olan xəstələrdə xroniki hala keçir
Xroniki qastritin ən əsas səbəblərindən biri “helikobakter pilori” bakteriyasıdır. Bu bakteriya hələ uşaqlıq dövründə immun sistemi zəif olan insanlara keçir. Bakteriya mədə hüceyrələrinin səthində koloniya yaradaraq yaşayır.
Qastrit toxumalarda dəyişikliklərə səbəb olur, bu da xərçəngə yol açır
Xroniki qastrit mədə vəzlərində toxumaların dəyişməsinə gətirib çıxarır. Bu vəziyyət qısa müddət sonra xərçəngə çevrilmə riskini artırır. Mədədəki toxumalarında dəyişikliklər baş verən xəstələrin mədə xərçəngi olma riski 4 dəfə artır. Ona görə də belə xəstələr 6 aydan bir analizlərdən keçməlidirlər. Əgər mədə hüceyrələrində həddən artıq dəyişiklik, böyümə və ya rəng dəyişikliyi müşahidə edilirsə, həmin bölgə cərrahi üsulla götürülməlidir. Daha sonra dərmanla müalicə edilməlidir.
Yanmış qidalar və siqaret qastritin ən böyük səbəblərindən biridir
Qastrit xəstələri sağlam qidalanma rejiminə ciddi əməl etməlidirlər. Xüsusilə, yanmış, tüstüdə bişirilmiş qidalar, yağlı qırmızı ət, qızartma və çox bişmiş ətlər risk yaradan qidalar sırasındadırlar. Hazır yeməklər, kolbasa, sosis, konservalar kimi tərkibində kimyəvi maddələr və rəng verən fermentlərdən istifadə edilən qidalar qastrit xəstələrini menyusundan tamamilə çıxarılmalıdır. Bununla yanaşı antioksidantların, C və E vitaminlərinin qoruyucu funksiyası olduğu üçün tərkibində bu tip vitamin və minerallar olan qidalar yeyilməlidir. Siqaret isə ən qısa zamanda tərgidilməlidir.
Təzə tərəvəz və meyvə yemək vacibdir
Xroniki qastritdən əziyyət çəkən xəstələr müalicə olunmaqla yanaşı təbii vasitələrə də əl atmalıdırlar. Bol miqdarda təzə tərəvəz və meyvə yemək, sağlam qidalanmaq “helikobakter pilori” bakteriyasının məhv olmasını tezləşdirir.
Tabloid.az
-
Sosial06:16
Daha bir dələduzluq növü: “20 manat ödəniş edirsiniz, sonra isə 3 aylıq..."
-
Sosial02:43
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR
-
İdman02:19
Klublararası DÇ-də səbətlər bəlli oldu: Püşk bu sistemlə atılacaq – FOTO
-
Qoroskop01:15
Günün qoroskopu: bunu etməsəniz, hər şey yaxşı olacaq
-
Avropa00:55
Fransanın Baş naziri istefa verdi
-
Hadisə00:15
Bakı metrosunda baş verənlərə görə bu gün xüsusi iclas olacaq - RƏSMİ
-
MDB4 Dekabr 23:25
Rusiyadan Paşinyanın KTMT ilə bağlı bəyanatına CAVAB
-
İdman4 Dekabr 22:30
Bekhemin oğlu yeni sevgilisi ilə FOTOsunu paylaşdı: Onun üçün döymə də etdirib