Tabloid.az
Dırnaqların saralmasına qarşı həll yolu - Fotolar
Hər gözəlin bir qüsuru var. Boyalı dırnaqların ən böyük qüsuru isə silindikdən sonra dırnaqların saralmasıdır. Xüsusilə uzun zaman ərzində lakı dırnaqlarından çıxarmayan qadınlar dırnaqlarına baxanda rəsmən xəyal qırıqlığına uğrayırlar. Tabloid.az bu yazıda saralan dırnaqları təmizləməyin yollarını bölüşür.
Boyanın altından baza istifadə edin
Lakın altına şəffaf lak çəkməklə həm dırnaq saralmasının, həm də lak rənginin dırnağa keçməsinin qarşısını ala bilərsiniz. Xüsusilə qırmızı, göy kimi rənglərin dırnağa həkk olunduğunu nəzərə alsaq, baza lakından istifadə etmək şərtdir. Baza olaraq dırnaqları qidalandıran növünü seçsəniz, dırnaqların qırılmağına mane olarsınız.
Lakı silməyi unutmayın
Hərdən dırnaqlarınızı günəşlə qovuşdurun. Lak nə qədər keyfiyyətli, nə qədər qidalandırıcı olsa da, dırnaqların hərdən günəşlə və təmiz hava ilə birbaşa təmas etməsi çox əhəmiyyətlidir. Bu səbəbdən hərdən lakları təmizləmək dırnaq sağlamlığı və ağlığı baxımından son dərəcə əhəmiyyətlidir.
Limonla ovun
Dırnaqların ağlığını qoruya bilmədiniz? Dərd etməyin. Yarım limonla dırnaqları ovaraq səliqəyə salmaq mümkündür. Bunu dırnaqları möhkəmləndirmək, həm də asiteonun verdiyi zərəri aradan qaldırmaq üçün həftədə yalnız 2 dəfə etməyə çalışın. Nizamlı bir şəkildə bunu etdikdə dırnaqların ağardığını özünüz də siz də hiss edəcəksiniz.
Fırçalayın
Eyni ilə dişləri təmizləyən kimi dırnaqları da istifadə etmədiyiniz diş fırçası ilə və az miqdarda diş məcunu ilə yuyun. Dırnaq ətlərinə zərər vermədən təmizləmə əməliyyatını yerinə yetirin. Sonra dırnaqlarda qalan diş məcununu ilıq suyla təmizləyin. Eyni zamanda bu, dırnaqlarda qan dövranını da sürətləndirəcək.
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO