Tabloid.az
Məxmər parçalar çox dəbədir - Fotolar
Çox vaxt bir kombini tamamlamağın ən sadə yolu paltarı qəşəng pencəklə vurğulamaqdır. Smokinq tərzindən ilham almış Tuxedo stil gödəkcələrin və qəşəng bleyzerlərin at oynatdığı bir vaxtda bu qış mövsümündə daha dəbdəbəli və lüks bir variantımız var: məxmər pencəklər! Zəngin və nəcib tərzi ilə fərqli mövqeyi olan məxmərlər son dövrlərdə pencəklərdə də özünü göstərir.
Məxmər pencəklər gödəkcələrdən və adi pencəklərdən bir addım önə çıxır. Üstəlik, qış mövsümündə ən isti saxlayan və eyni zamanda çox qəşəng geyimlərdən biridir. Məxmər pencəklər paltarların ulduz parçası olarkən, qışda zəhmətsiz zərifliyə nail olmaq istəyənlərə də çarə olur.
Məxmər pencəklərin bu mövsüm ən çox qara, tünd qırmızı, yaşıl, göy və mavi tonlarına üstünlük verilir. Cins şalvarlardan atlaz paltarlara qədər geniş kombinləri olan və variantlar təklif edən bu gözəl geyimi Kara Delevin kimi tək parça (Tuxedo) paltar kimi də istifadə etmək olar. Məxmərin yalnız klassik kəsimlərdə istifadə edildiyini söyləmək də səhv olardı. Məxmər parçaların artıq idman tərzində də özünəməxsus yeri var. Kimono, hətta Bomber tərzi kurtkalarda da məxmər parçanın istifadə edilməsi diqqət çəkir.
Tabloid.az xəbər verir ki, bu mövsüm məxmər çantalar və ayaqqabılar da çox aktualdır. Dəri çantalardan bezənlər məxmərdən tikilən, iştaha açan marmalatları xatırladan klatç və çantalara yönələ bilərlər.
Məxmər donlar və yubkalar da modapərəst xanımların könlünü oxşamağa iddialıdır. Tabloid.az məxmər dəbinə aid bir neçə stil təklifləri toplayıb.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ