Tabloid.az
Soyuq hava infarkta səbəb olur – Diqqət!
Mütəxəssislər soyuq havanın ürək xəstələri üçün təhlükəli olduğunu bildirirlər. Türkiyənin tanınmış kardioloqu Sərdar Sevimli soyuq günlərdə ürək xəstələrinin daha diqqətli olmalarını tövsiyə edib:
"İnsan bədənində hər cür stress infarktı tətikləyə bilər. Soyuq havanı da bu stresslərdən biri olaraq qəbul edə bilərik. Yəni soyuq hava infarkta səbəb ola bilər. İnfarkt halları qış aylarında artır. Bu da soyuq havanın səbəb olduğu gərginlikdən qaynaqlanır”.
Həkimin sözlərinə görə, şaxtalı havalar ürək xəstələri üçün çox risklidir, xüsusilə də ürək kapilyarlarında problem olanlar risk altındadır.
“Şaxtalı havalarda xəstəxanalar ürək xəstələri ilə dolur. Onların narahatlıqları artır. Əvvəllər uzun məsafə qət etdikdə ürəyində ağrı hiss edən xəstələr qış mövsümündə qısa məsafələri belə getməkdə çətinlik çəkirlər. Belə xəstələr sinədə ağrı hiss etdikdə həkimə müraciət etməlidirlər. Bəzi insanlarda həm ürək, həm də ağciyərlərdə problem olur. Onların vəziyyəti daha çətindir. Soyuq hava ağciyər problemlərinin ortaya çıxmasına səbəb olur. Ağciyər xəstələrinin də şikayətlərində artım müşahidə edilir”.
Həkim Sərdar Sevimli bu xəstələrin almalı olduqları tədbirləri də açıqlayıb. Həkim bildirir ki, məcburi olmadığı təqdirdə ürək və ağciyər xəstələri evdən çıxmamalıdırlar.
“Təbii ki, şaxtalı havalarda çölə çıxmasalar yaxşı olar. Ancaq bu o demək deyil ki, ürək və ağciyər xəstələri qış aylarını yataraq, oturaraq keçirməlidirlər. Bu mövsümdə də fiziki fəaliyyətlərin olması vacibdir. Evə qaçış bandı almaq olar. İdman salonlarına gedərək yüngül idmanla məşğul ola bilərlər. İstifadə etdikləri dərmanları mütəmadi olaraq qəbul etməli, dərman təsir etmədikdə həkimlə məsləhətləşməlidirlər. Dil altına yerləşdirilən dərmanlar daha yaxşıdır, çünki damarları genişləndirərərk ürəkdə yaranan problemlərin qarşısını alır”.
Bütün həkimlər kimi, Sərdar Sevimli də ürək xəstəliklərindən qorunmaq üçün sağlam həyat tərzini seçməyi və qida rasionunda meyvə-tərəvəzlərə üstünlük verməyi və siqareti tərgitməyi məsləhət görür.
Tabloid.az
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO