Tabloid.az
Qaşları qalınlaşdırmağın 4 formulu
Vaxtilə qızlar öz gözəlliyini vurğulamaq üçün qaşlarını nazikləşdirirdilər. Amma son bir neçə ildir ki, təbii göründüyü üçün daha çox sevilən qalın qaşlar dəbdədir. Nazik qaşlar isə dəbdən düşüb və süni göründüyü düşünülür. Əvvəllər gözəl görünmək üçün qaşları alırdılarsa, indi onun qalınlaşdırmağın yolları təklif olunur. Qalın qaşların xarakterik və təbii duruşu bütün qadınları cəlb edir.
Amma bəzi xanımların qaşları çox seyrək və ya çox nazikdir. Artıq qaşlar üçün də makiyaj vəsaitləri var. Amma makiyaj vasitələri ilə tüklərin yenidən çıxmasına nail olmaq mümkünsüzdür. Kosmetik vasitələr tükləri yenidən çıxartmaq sehrinə malik deyil. Tabloid.az qaşları gücləndirən və yenidən çıxmasına kömək edən təbii üsulları təqdim edir:
Vazelin
Bir neçə həftə ərzində qaşlarda inanılmaz dəyişiklik görmək istəyirsinizsə, qaşlara gündə bir neçə dəfə vazelin sürtün. Vazelin bitmiş bir tuş fırçasıyla qaşlara rahatlıqla çəkilir.
Hindqozu yağı
Hindqozu yağı qıl kökləri üzərində inanılmaz güclü təsirə malikdir. Siz də hindqozu yağının təsirindən faydalanmaq istəyirsinizsə, gündə bir dəfə qaşlara çəkin və sonra bir neçə dəqiqə ərzində masaj edin. Hindqozu yağını qaşlarda ən az yarım saat saxlamaq lazımdır.
Aloe vera suyu
Gözəlləşmək üçün əvəzolunmaz təbii bitkilərdən biri olan aloe vera suyu da qaşlar üçün misilsiz nemətlərdəndir. Aloe vera suyunu gündə bir dəfə qaşlara çəkməklə qısa müddətdə artmasını təmin edə biləsiniz. Eyni zamanda aloe vera suyunun köməyi ilə qaşlar daha parlaq olacaq.
Soğan
Bir çox insanın evindən əskik olmayan soğan qaşlar üçün də əvəzolunmaz nemətlərdən biridir. Daşıdığı yüksək kükürd nisbəti ilə qıl köklərini qıcıqlandırır. Soğanı əzin, suyunu pambıqla qaşa sürtün. Ən az bir neçə saat ərzində qaşları yumayın.
Tabloid.az
-
Pul01:41
İranda dollar KƏSKİN BAHALAŞDI
-
Sosial00:30
Sakinlərin NƏZƏRİNƏ: bəzi ərazilər zülmətə qərq olacaq
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bir ofis romantikası başlaya bilər
-
Magazin114 Dekabr 22:24
Aygün Kazımova evdə açıq-saçıq pozalar verdi - FOTO
-
Dəb14 Dekabr 21:48
Məşhur geyim şəbəkəsinin yaradıcısı faciəvi şəkildə HƏLAK OLDU - FOTO
-
Magazin114 Dekabr 19:36
Xatirə fəxri ad almaq istəyir? - VİDEO
-
MDB14 Dekabr 18:40
"2024-cü il çətin sınaqlar dövrünə çevrildi"
-
Magazin214 Dekabr 18:36
Hamilə ulduz uşağını kiminlə böyüdəcəyinə QƏRAR VERDİ - FOTO