Bu peşələr hamilə qalmağı çətinləşdirir
Bizi izləyin

Tabloid.az

Bu peşələr hamilə qalmağı çətinləşdirir

Ana olmaq istəyənlər bu peşələrdən uzaq dursunlar

Stress və gərgin iş tempi qadının hamilə qalmasına maneə ola bilər. Mütəxəssislər bildirirlər ki, bu baxımdan yanaşdıqda bəzi peşələrin qadınların hamilə qalmaq ehtimalını azaltdığını demək mümkündür. Bəs bunlar hansı peşələrdir? Tabloid.az-ın icmalında bu suala cavab tapacaqsınız.

Kimyaçı:

Kimyəvi maddələrlə davamlı olaraq təmasda olmaq sağlamlığa zərərdir. Kimyaçı qadınlar isə həm də hamilə qala bilməmək riski ilə üzləşirlər.

Mədənçi:

Ağır yük daşımaq və havasız mühitlərdə qalmaq qadının ana olmaq şansını azaldır. Yer altında aparılan araşdırmalarda iştirak edərkən az da olsa zərərli qazlar tənəffüs edilir. Bütün bunlar hamilə qalmağı çətinləşdirən faktorlardır. Bu baxımdan arxeoloq qadınlar da eyni təhlükə ilə üz-üzədirlər.

Radiologiya mütəxəssisi:

Bu sahədə çalışan qadınlar nə qədər tədbir görsələr də, X şüalarının təsirinə məruz qalmaqdan özlərini qoruya bilmirlər. Bu da gələcəkdə hamilə qalmaqda çətinlik çəkmələrinə səbəb olur.

Pilot və stüardessa:

Davamlı olaraq yüksək təzyiqə məruz qalmaq da ana olmaq şansınız azaldır. Pilot qadınlar və stüardessalar ən çox risk altında olan qrupdur. Onlar demək olar ki, bütün həyatlarını göy üzündə, yüksək təzyiq altında keçirirlər. Üstəlik, təyyarədə baş verən hər hansı nasazlıq qadınların stress keçirməsinə səbəb olur. Ona görə də hamilə qalmaq istəyən və hamiləlik müddətini sağlam keçirmək istəyən xanımlar bu peşədə qalıb qalmayacaqlarını həkimlə məsləhətləşməlidirlər.

Dalğıc:

Dalğıclar da suyun təzyiqinə məruz qalırlar. Ona görə pilotlar və stüardesslar kimi onların da ana ola bilməmək riski yüksəkdir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm