Tabloid.az
Səməndər Rzayevin qızı: “Əmilərimin biri də gəlib qapımızı açmadı”
Bu gün “Düzünü desək” verilişi bir sıra maraqlı məqamlarla yadda qalıb. Tabloid.az xəbər verir ki, verilişin ən yaddaqalan məqamlarından biri aktyor Səməndər Rzayevin qızının atası dünyasını dəyişəndən sonra başına gələnləri danışması olub. Aktyorun qızı Rzayeva Rübabə Səməndər qızı əmilərinin onları yada salmadıqlarından gileylənib.
“Atamın məşhurluğunu uşaqlıqdan görmüşük. Çox səmimi insan idi. Anam zarafatla həmişə deyərdi ki, mənim 3 uşağım var. Kiçiyi isə Səməndərdir. Tənhalığı sevməzdi. Sevərdi evimizə çoxlu adam gəlsin. Atam dünyasını dəyişəndə mənim 11, qardaşımın 10 yaşı var idi. O vaxt yoxluğunu elə də hiss etmirdim. Bunu yaşa dolduqca anlayırsan. O, dünyasını dəyişəndən mən böyüməmişəm. Atamı itirdiyim 11 yaşımda qalmışam. Səhər saat 5-dən gecəyə kimi evdə adam olurdu. Onun ölümü ilə evimizin suyu qurudu. Evimizə gələn olmadı. Bu ağrını daha çox qardaşım hiss etdi. Atamın qohumları, əmilərimin biri də gəlib qapımızı açmadı. Zəng edirdim ki, əmi gəl də bizə, darıxıram. Deyirdi ki, yox, mən Səməndər yoxdur deyə gələ bilmirəm. Bizi meydanda tək qoydular. Mənim atam heç vaxt belə etməzdi. Biz böyüyəndən sonra gəldilər. Artıq onda da bizim onlara ehtiyacımız yox idi”.
Tabloid.az
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO