Tabloid.az
İri ombalara sahib olmağın üstünlükləri
Artıq arıq olmaq dəbdə deyil. Normal kilolu, balıq ətli xanımlar gözəllik etolonu kimi qəbul edilirlər. Qadınların çoxu illərdir ki, ombaları ilə pis rəftar edirlər. Onları arıqlatmaq, düzləşdirmək xüsusi məşqlər edənlər, xüsusi çaylara müraciət edənlər kifayət qədərdir.
Ancaq unutmayın ki, dar şalvar və ya ətək geyindikdə cazibədar görünməyi də ombalara borclusunuz. Odur ki, artıq ombalarınızı əritməkdən vaz keçin və iri ombalarınızı sevin. Çünki iri ombalara sahib olmağın bir çox üstünlüyü var. Sadəcə iri ombasına görə hazırda dünya ulduzu olan Kim Kardaşyanı xatırlayın. Deməli omba çox şeyə qadirdir.
Mütəxəssislər də bunu təsdiqləyirlər. Belə ki, araşdırmalar zamanı məlum olub ki, qadınların ən çox xoşladıqları komplimentlər ombalarına edilən təriflərdir.
“Men's Health and Women's Health” adlı jurnalda yayımlanan sorğu da göstərib ki, qadınlar ombaları üçün deyilən xoş sözlərə biganə qalmırlar. Hər bir qadın ombasının gözəl olduğuna əmin olmaq istəyir.
Ombalar həm də bədənimizin qoruyucu qalxanlarıdırlar. 2010-cu ildə İngiltərədə aparılan bir araşdırma ombalardakı yağların, qarın bölgəsində yığılan piylərə nəzərən daha az zərərli olduğunu ortaya çıxarıb. Deməli iri ombalar daha sağlam olduğunuzu göstərir. Çünki burada toplanan piylər infarkta və ya digər ürək-damar problemlərinə yaxalanmağınız riskini azaldır.
Qeyd edək ki, bədənimizdəki ən böyük əzələ qrupu məhz ombalarda yerləşir. Onları idmanla istədiyinizi formaya sala bilərsiniz. Odur ki, cazibədarlığınızı artırmaq, iri və ideal ombalara sahib üçün vaxt tapdıqca idman edin.
Tabloid.az
-
Sosial04:44
Anası şəhid oğlunun məzarı başında hansı sirri öyrənib? - VİDEO
-
Sosial04:14
Göyçayda asfaltın ortasında alov əmələ gəldi - VİDEO
-
Magazin203:43
“Polis akademiyası”nın prodüseri vəfat etdi - FOTO
-
Sosial00:15
Deputatların rəqsi gündəm oldu - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Münaqişəyə səbəb ola bilərsiniz
-
Sosial7 Dekabr 23:36
Yeni ili bölgələrdə qarşılamaq görün neçəyə başa gələcək - QİYMƏTLƏR / VİDEO
-
İdman7 Dekabr 22:36
Premyer Liqanın futbolçusu ağır qəzaya düşdü - FOTO
-
Hadisə7 Dekabr 21:48
Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...