Tabloid.az
Mətbəx əşyaları necə parıldadılır?
Alüminium və teflon (tefal) qazanlara nisbətən daha sağlam olan, istiliyi bərabər miqdarda yaydığı üçün yeməklərin daha dadlı olmasını təmin edən və çox dözümlü olan polad qazanlar zaman-zaman ləkələnir. Bu vəziyyət çaydan və digər polad mətbəx əşyaları üçün də keçərlidir. Lakin ləkələrdən xilas olmaq üçün bir çox tanış üsullar var. Məsələn, bazarda təklif olunan polad parladıcı xüsusi məhsullardan istifadə etməklə, ya da qab yuyan vasitələrlə, hətta qazan sürtən simdən istifadə etməklə adi su ilə də polad əşyalarınızı parıldada bilərsiniz.
Polad qazanlarda ən inadcıl ləkələr qazanının dibində və odun dəydiyi alt hissədə yaranır. Əvvəl qazanı isti su, qab yuyucu şampun və qabyuyan süngərinin sərt hissəsi ilə yaxşıca yuyun. Bu yuma zamanı onsuz da yüngül ləkələrin çoxu təmizlənəcək. Əgər qazanının dibi yanıbsa, dibini 3-4 barmaq hündürlüyündə qaynar su ilə doldurun.
Qazana doldurğunuz qaynar suya 1-2 çay qaşığı qab şampunu atıb köpükləndirin. Sonra su yaxşıca soyuyana qədər gözləyin. Qaynar su və şampun ləkənin yumşalmasını təmin edəcək. Daha sonra ilıq suda simli sürtgəcdən istifadə etməklə yuyucu tozlarla bu bölgəni yaxşıca ovun. Bundan əlavə, yemək tavanın dibinə yapışıbsa, bir gün duzlu suda saxlaya bilərsiniz. Bu halda tava daha tez təmizlənəcək.
Qazanının alt hissəsindəki qaralmanı isə təmizləyici tozlarla sürtün. Həmin hissəyə yuyucu tozu töküb suyun içində 1-2 saat saxlayın. Daha sonra qab yuyucu vasitələrdən istifadə etməklə simli sürtgəclə yaxşıca ovun və yaxalayın.
Polad mətbəx qablarındakı inadkar ləkələr və əşyaların daha çox parlaması üçün sirkə, duz və ya karbonat da istifadə edə bilərsiniz. Hətta bu ikisinin qarışığı ləkələri tamamilə yox etməkdə olduqca təsirlidir.
Polad əşyaları dəyişsəniz, ləkələrin təmizliyi üçün ayırdığınız vaxta da qənaət edərsiniz. Qab yuyucu, isti su və karbonatın dərinizi korlamaması üçün mütləq əlcəkdən istifadə edin.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı